ELAN
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Kitab Evi” İctimai Birliyi “Qarabağ Zəfəri və Türk Dövlətləri Təşkilatının tarixi inkişafı - turançılıq ideyaları müasir ədəbiyyatda” adlı layihənin icrasına başlayır. Bu məqsədlə Türk dünyasının mədəniyyət paytaxtı Şuşada baş tutan Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Dövlət Başçılarının Qeyri-rəsmi Zirvə Toplantısından irəli gələn ədəbi-bədii düşüncələrın ədəbiyyatdakı yeri və rolunu müəyyən edən, xüsusilə Qarabağ Zəfəri və turançılıq ideyalarını əks etdirən əsərlər (nəsr və nəzm olmaqla) toplanır.
Toplanan materialların “Qarabağ Zəfərindən Turana doğru” adlı kitab (2 kitab) şəklində nəşri; kitabların təqdimatlarının keçirilməsi, həmçinin kitabxanalara paylanması nəzərdə tutulur.
Şair, yazıçı və publisistlərdən şeir, hekayə, povest (həcmi böyük olmayan) və publisistik məqalələrin aşağıdakı e-mail ünvanına göndərilməsi xahiş olunur.
Hər müəllif bir (1) nəzm, və ya iki (2) şeir təqdim edə bilər.
Materiallar İdarə Heyəti tərəfindən oxunacaq və zəif əsərlər qəbul edilməyəcək.
Materialların göndərilməsi üçün son tarix: 20 aprel 2025-ci il
Antologiyanın nəşri və təqdimatı may-iyun aylarına nəzərdə tutulur.
“Kitab Evi” İctimai Birliyi.
Digər Xəbərlər
08 Dekabr 2025 14:11
“Müsabiqəni ədalətli təşkil edə bilmirlər...”
08 Dekabr 2025 12:51
GƏDƏBƏY RAYONUNUN ADININ "QZILTORPAQ" OLARAQ DƏYİŞDİRİLMƏSİ TƏKLİFİ
08 Dekabr 2025 12:46
Əlfi ilə İslam kim... - İlqar Əlfioğlu yazır
08 Dekabr 2025 12:43
Natiq Əhmədovun xatirəsinə
08 Dekabr 2025 12:24
"İndi Həsən bəy Zədabi orda restoranın qapıçısı kimi görünür" - Xalq yazıçısı
06 Dekabr 2025 18:29
Bəxtiyar Vahabzadə yaradıcılığında Səməd Vurğun obrazı
06 Dekabr 2025 13:58
Xalq yazıçısı Kamal Abdullanın 75 illiyi qeyd olundu
06 Dekabr 2025 09:26


Bakı -°C

