Ukraynada isə şiddətli müharibə gedir...
Xəbər verdiyimiz kimi, Ukrayna müharibəsinin dayandırılması, sülh danışıqlarına başlamaqla bağlı ABŞ və Rusiya nümayəndə heyyətlərinin Mayamidəki görüşləri keçirilir.
ABŞ-ın vitse-prezidenti Cey Di Vens bəyan edib ki, Ukrayna münaqişəsinin həlli ilə bağlı, Rusiya-ABŞ nümayəndə heyyətləri arasında keçirilən danışıqlarda irəliləyiş əldə olunub.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "Rossiya 1" telekanalına verdiyi eksklüziv müsahibəsində, ABŞ-ın vitse-prezidenti Cey Di Vensin hansı irəliləyişdən danışdığından xəbəri yoxdur.
"Düzünü desəm, mənim belə bir məlumatım yoxdur"- deyə Peskov bildirib.
Tanış mənzərədir və biz 30 ilə yaxın ATƏT-in Minsk qrupunun həmsədrlərinin tərəflərlə hər görüşlərindən sonra bəyan etdikləri bu cür nağıllarla vaxt uzatmalarının çox şahidi olmuşuq.
Ukrayna münaqişəsiylə bağlı da, eyni ssenarilər təkrar olunur. O vaxtlar Ermənistan rəhbərləri status-kvonu saxlamaq üçün hər vəhclə danışıqlarda nəticə əldə etməyə imkan vermirdilər, indi də Rusiya tərəfi işğal etdikləri əraziləri və hələ üstəlik dörd ilə yaxındır işğsl edə bilmədikləri ərazilərində onlara verilməsi şərtlərini irəli sürərək nətucə əldə olunmasına mane olurlar.
Putin artıq bu müharibıni nə məqsədlə başladığını çaş-baş salıb. Müharibənin uzandığı illər ərzində "məqsədlər" dəfələrlə dəyişib. Demarkasiya, denifikasiya unudulub, Ukraynada hakimiyyət dəyişikliyi məsələsi barədə söhbət getmir.
Rusiysnın iqtisadiyyatı çöker, lakin, indiki mərhələdə müharibəni dayandırmaq Putinə sərf eləmir...
Görünən odur ki, ABŞ prezidenti Donald Trampın münaqişənin həlli ilə bağlı təklif etdiyi razılaşma planı, Milad bayramına qədərdə imzalanmayacaq və bu şərtlərlə yaxın vaxtlarda da imzalacağı inandırıcı görünmür.


Bakı -°C
