12 Avqust 2025 15:34
219
DÜNYA

ABŞ Ermənistanda təlimlərə başladı: Rusiya da Belorusda... 

Bu gündən Ermənistan və ABŞ-ın “Eagle Partner-2025” adlı birgə hərbi təlimləri başlayıb.

Adalet.az  xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimdə Ermənistan ordusunun sülhməramlı briqadasının, ABŞ-ın Avropa və Afrikadakı quru qoşunları və Kanzas Milli Qvardiyasının hərbçiləri iştirak edir.

Təlim tibbi təxliyə prosedurlarına diqqət yetirməklə sülhməramlı missiyalara hazırlıq və həyata keçirilməsinə yönəlib.

Ermənistanda keçirilən təlimlər avqustun 20-dək davam edəcək.

Qeyd edək ki, “Eagle Partner” təlimləri Ermənistanda 2023-cü ildən keçirilir.

 Xatırladaq ki, sentyabrın 12-dən 16-dək Belarusda Rusiya-Belarus hərbi təlimləri keçiriləcək. Belarus Müdafiə Nazirliyinin məlumatına görə, təlimlərin məqsədi iki ölkə ordusunun döyüş hazırlığını yoxlamaq və mümkün təcavüzün qarşısını almaqdır.



Onu da qeyd edək ki,  daha əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın bu yay Belarusda planlaşdırılan hərbi təlimlər adı altında başqa planının olduğunu açıqlamışdı.

 Əntiqə Rəşid