ABŞ Müdafiə Nazirliyi: "Ukrayna Xarkovda bəzi uğurlar əldə edib"
“Şimaldakı Ukrayna qüvvələri bəzi ərazilərdə, o cümlədən Xarkovda müəyyən uğurlar əldə ediblər. Xersonda Ukrayna qüvvələri Rusiya qoşunlarına qarşı sərt təzyiqləri davam etdirir. Buna misal olaraq Rusiya qüvvələrinin istifadə etdiyi körpülərin dağıdılmasını göstərə bilərik”.
Adalet.az xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) adını açıqlamayan yüksək rütbəli rəsmisi bildirib.
“Biz avqustun 9-da baş vermiş partlayışın səbəbini bilmirik. Amma aydın olan odur ki, Ukraynaya hücum üçün istifadə edilən Rusiya təyyarələri və hərbi sursatlarına ciddi ziyan dəyib. Ukraynanın şərqindəki Zaporojye Atom Elektrik Stansiyası hazırda Rusiyanın nəzarətindədir. Beynəlxalq Atom Enerjisi Agentliyinin qənaətinə görə, nüvə təhlükəsizliyinə birbaşa təhlükə yoxdur. Lakin durum dəyişə bilər”, - Pentaqon rəsmisi söyləyib.
Rəsmi qeyd edib ki, Rusiya Ukrayna ərazisini fərq qoymadan atəşə tutmaqda davam edir. Nəticədə mülki şəxslər arasında xeyli ölən var.
Digər Xəbərlər
02 Aprel 2026 19:03
Macarıstan mediası Avropada enerji böhranı riskindən yazır
02 Aprel 2026 17:52
Putin və bin Salman Yaxın Şərqi müzakirə etdilər
02 Aprel 2026 16:50
Rusiya-Ukrayna danışıqlarında vasitəçi ABŞ-dir - Peskov
02 Aprel 2026 16:30
Kallas və Van İ Hörmüz boğazını müzakirə etdi
02 Aprel 2026 15:44
"Hörmüz boğazının güc yolu ilə açılması risklidir"
02 Aprel 2026 15:43
Hakan Fidan almaniyalı həmkarı ilə İranı müzakirə etdi
02 Aprel 2026 13:48
Cənubi Qafqaz bölgəsinə maraq artır - Kavelaşvili
02 Aprel 2026 13:14


Bakı -°C

