adalet.az header logo
  • Bakı -°C

ABŞ-nin növbəti cəhdi uğurlu alınacaqmı? - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
47 | 2026-09-07 12:28
A- A+

ABŞ prezidenti Donald Trampın xüsusi elçiləri Stiv Uitkoff və Cersld Kuşner uzun fasilədən sonra Moskva və Kiyevə səfər ediblər. Onlar Kremldə Rusiya prezidenti Vladimir Putinlə üç saatdan çox Vaşinqtonun sülh təkliflərini müzakirə ediblər. 

Xüsusi elçilər daha sonra Ukrayna prezidenti Volidimir Zelenskiylə də bu təklifləri müzakirı ediblər. Ukrayna hazırda qış kompaniyasına başlayır, xüsusi elçilər sülh məsələsini soyuqlar düşənədək həll olunmasına çalışırlar. 

 Avopalı ekspertlər, tərəflər arasında dərin fikir ayrılığı olduğunu nəzərə alaraq, Vaşinqtonun bu cəhdinin uğurlu ola biləcəyi məsələsinə ehtiyatla yanaşırlar.

ABŞ prezidenti Donald Tramp, növbəti dəfə jurnalistlərə bildirib ki, "Vaşinqtonun yeni sülh təklifləri var". Bu təkliflərin nədən ibarət olduğu açlqlanmasa da, RF-sı prezudentinin köməkçisi Yuri Uşakov görüşdən sonra təsdiq edib ki, Uitkoff və Kuşner " böhrandan çıxış yolu olaraq, "bir sıra təkliflər" irəli sürüblər.

 Uşakovun sözlərinə görə, Rusiya prezidenti Moskvanın mövqeyini yenidən təsdiq edərək, bildirib ki, vəziyyətin düzəlməsi üçün münaqişənin ilkin səbəblərinin həll olunmasına qayıtmalıyıq.

 Uitkoff və Kuşner Kiyevdə Zelenskiylə də görüşüb müzakirə aparıblar. Daha sonra Almaniya, Böyük Britaniya və Fransanın təhlükəsizlik üzrə məsləhətçiləri də, müzakirələrə qoşulub.

 Xüsusi nümayəndə Kuşner bildirib ki, Donald Tramp Moskva və Kiyev arasında sülh sənədinin hazırlanmasını tapşırmışdı. Sonradan bu danışıqları Rusiya-Ukrayna-ABŞ arasında üçtərəfli firmatda davam etdirilməsini təklif etmişdi. 

 Danışıqlara yenidən başlamaq cəhdi pozitiv sayılsa da, ekspertlər danışıqların uzun zaman davam edəcəyini proqnozlaşdırırlar. Belə ki, Ukrayna prezidenti "sülh bağlamaq naminə heç vaxt Donbasın  Rusitaya verilməsi ilə razılaşmayacaq".

 Beləliklə görünən odur ki, Tramp nümayəndələrinin bu missiyasını,  hələlik münaqişənin həllinə tərəf atılmış addlm kimi deyil, itirilmiş kanalların bərpası kimi qiymıyləndirmək olar. 

 

  • Sentyabr:
  • 4

TƏQVİM / ARXİV