ABŞ Venesuela prezidentinin başına 50 milyon qoydu
ABŞ Venesuela ilə gərginliyi daha da artıracaq qərar qəbul edib.
Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, Vaşinqton Venesuela prezidenti Nikolas Maduronu terror təşkilatının lideri elan edib və onun başına 50 milyon dollar mükafat qoyub.
Ağ Ev məsələ ilə bağlı açıqlama yayıb və bildirib ki, "Maduro rejimi qeyri-qanunidir".
ABŞ prezidenti Donald Tramp daha əvvəl imzaladığı sərəncam çərçivəsində Latın Amerikası narkotik kartellərinə qarşı yerində mübarizə kontekstində ordudan istifadənin artırılması və daha səmərəli istifadə edilməsi barədə göstəriş vermişdi. Bu çərçivədə ABŞ avqustun sonunda Venesuela sahillərinə sualtı qayıqlar və döyüş gəmilərindən ibarət dəniz qüvvələrini göndərib və müdafiə naziri Pit Heqset ABŞ ordusunun Venesuelada rejim dəyişikliyi də daxil olmaqla əməliyyatlara hazır olduğunu bildirib. Buna cavab olaraq Venesuela prezidenti Nikolas Maduro ölkədə 4,5 milyon milis qüvvəsini səfərbər etdiyini və istənilən hücumu dəf etməyə hazır olduğunu açıqlayıb.
ABŞ-nin Venesuela sahillərində narkotik qaçaqmalçılığı üçün müəyyən qayıqları hədəf almağa davam etməsi həm Venesuela hökumətinin, həm də beynəlxalq ictimaiyyətin tənqidinə səbəb olub, bəziləri isə hücumların “beynəlxalq hüquqa zidd” olduğunu iddia edib. /Unikal
Digər Xəbərlər
25 Noyabr 2025 11:42
Tehranda məktəblər və universitetlər bağlanacaq
25 Noyabr 2025 11:00
Kiyevə hücumu nəticəsində dörd nəfər ölüb - YENİLƏNİB
24 Noyabr 2025 17:08
Rusiya ABŞ-nin Arktikanın bir hissəsini ələ keçirməsindən ehtiyat edir?
24 Noyabr 2025 16:42


Bakı -°C

