adalet.az header logo
  • Bakı -°C
25 Noyabr 2025 11:00
67
DÜNYA
A- A+

Kiyevə hücumu nəticəsində dörd nəfər ölüb - YENİLƏNİB

Rusiyanın 25 noyabr gecəsi Kiyevə endirdiyi zərbə nəticəsində dörd nəfər ölüb, daha üç nəfər isə yaralanıb.

Adalet.az xəbər verir ki bu barədə "RBC-Ukraine" məlumat yayıb.

***

08:54

Bu gecə Ukraynanın paytaxtı Kiyev şəhəri Rusiya ordusu tərəfindən qanadlı və ballistik raketlərdən, eləcə də kamikadze dronlardan istifadə etməklə kütləvi hücuma məruz qalıb.

Adalet.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti xəbər yayıb.

Qeyd olunub ki, zərbələr nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb. Xilasedicilər 18 nəfəri təxliyə edə bilib.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, "Kalibr" qanadlı raketlər Novorossiysk ərazisindən buraxılıb. Bryansk ərazisindən də bir neçə ballistik raket atışı qeydə alınıb və MiQ-31K təyyarəsi Kinjal aeroballistik raketlərini atıb.

Zərbələr həmçinin ən azı iki hündürmərtəbəli binaya ziyan vuraraq yanğınlara səbəb olub. Hadisə yerində fövqəladə hallar xidməti işləyir.

Bundan əlavə, ölkənin Energetika Nazirliyi Ukraynanın enerji obyektlərinə irimiqyaslı zərbələr endirilməsi barədə məlumat verib ki, bu da "zərərin operativ qiymətləndirilməsini və sonradan bərpa işlərinə hazırlığı tələb edəcək".

Bu arada Ukrayna ordusunun Rusiyanın Rostov vilayətinə hücumu nəticəsində üç nəfər həlak olub, 10 şəxs isə yaralanıb.