Uşaqlarda travma zamanı diqqət edilməli məqamlar və ilkin yardım qaydaları
“Valideynin soyuqqanlı davranışı çox vaxt uşağın həyatını xilas edir”.
Adalet.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Baş direktorunun müavini - baş həkim Nizami Məmmədov “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” verilişində açıqlayıb.
Onun sözlərinə görə, uşaqların aktivliyi və hərəkətliliyi onların inkişafının təbii hissəsidir:
“Lakin bu aktivlik bəzən xoşagəlməz nəticələrə – yıxılma, zərbə, yanıq, kəsik və digər travmalara səbəb ola bilər. Belə hallarda valideynlərin və ətrafdakı insanların düzgün və soyuqqanlı davranışı uşağın həyatını qorumaqda həlledici rol oynayır. Ən birinci və vacib qayda təhlükəsizliyin təmin edilməsidir. Hadisə yerində elektrik, yanğın və ya hərəkətdə olan nəqliyyat vasitəsi kimi təhlükə varsa, uşaq həmin ərazidən dərhal uzaqlaşdırılmalıdır. Valideynin təşvişə düşməsi uşağın qorxusunu artırır, ona görə də sakit və nəzarətli davranış göstərmək lazımdır. Əgər uşağın vəziyyəti ağır görünürsə – o huşsuzdur, tənəffüsündə çətinlik, güclü qanaxma və ya açıq sınıq varsa – 103 və ya 112 nömrəsinə dərhal zəng edilməlidir. Hadisə yeri, uşağın yaşı, travmanın tipi və vəziyyəti barədə operatora aydın məlumat verilməlidir”.
N.Məmmədov bildirib ki, zərərçəkən uşağa yaxınlaşdıqda ilk olaraq onun şüuru, tənəffüsü və nəbzi yoxlanmalıdır:
“Uşaq nəfəs almırsa, dərhal süni tənəffüs və ürək masajı aparılmalıdır. Qeyd etmək lazımdır ki, uşaqlarda bu prosedur böyüklərlə müqayisədə daha ehtiyatla – döş qəfəsinin az sıxılması və hava miqdarının az verilməsi ilə aparılmalıdır. Əgər qanaxma müşahidə olunursa, onu dayandırmaq üçün yara üzərinə təmiz parça və ya tənziflə təzyiq tətbiq etmək lazımdır. Qanaxma güclüdürsə, ətraf yuxarı vəziyyətdə saxlanılmalı, turnike yalnız son çarə kimi istifadə edilməlidir. Yaraya krem, yağ və ya toz çəkmək olmaz – sadəcə sarğı kifayətdir. Sınıq və burxulmalarda zədələnmiş nahiyəni tərpətmək olmaz. Ətraf sabit vəziyyətdə saxlanmalı və tibbi yardımın gəlməsi gözlənilməlidir. Uşaq ağrı və qorxu içindədirsə, onunla sakit səslə danışmaq və psixoloji dəstək vermək çox vacibdir”.
Baş həkim qeyd edib ki, yanıq hallarında zədələnmiş hissə 10–15 dəqiqə ərzində axar soyuq su ilə yuyulmalı, qabarcıqlar partladılmamalı, zərərli maddələr (yağ, diş məcunu və s.) tətbiq edilməməlidir:
“Yanıq yerinin təmiz örtüklə bağlanması kifayətdir. Valideynlər bilməlidirlər ki, travmadan sonra uşağın vəziyyəti ilk baxışda yaxşı görünsə belə, mütləq həkim müayinəsi aparılmalıdır. Çünki uşaqlarda daxili qanaxma, beyin silkələnməsi və gizli sınıqlar bəzən dərhal özünü göstərmir. Nəticə etibarilə, uşaqlarda travma zamanı ən vacib addımlar bunlardır: təhlükəsizliyin təmin edilməsi, təcili yardım çağırılması, qanaxmanın qarşısının alınması, uşağın sakitləşdirilməsi və tibbi yardımın gözlənilməsi. Unutmayaq ki, ilk 5 dəqiqə çox vaxt uşağın taleyini müəyyən edir”.
Digər Xəbərlər
25 Noyabr 2025 11:08
Travma alanda ilk nə etməliyik? - Baş həkimdən TÖVSİYƏLƏR
24 Noyabr 2025 09:33
Stomatoloqların fəaliyyəti necə tənzimlənir? - Qaydalar və nəzarət mexanizmi - VİDEO
21 Noyabr 2025 12:01
“Böyük Qayıdış”a sağlamlıq dəstəyi: Xocalıda 160-a yaxın sakinin göz müayinəsi aparıldı
19 Noyabr 2025 14:26
Azərbaycanda narkomanlar arasında İİV-ə yoluxma sayı azalıb
18 Noyabr 2025 11:15
Peyvənd üçün ən yaxşı vaxt bu aylardır - AÇIQLAMA
18 Noyabr 2025 11:14
Xəstəlik ocaqlarında nəzarət tədbirləri - SN-nin mütəxəssisi aydınlıq gətirir
17 Noyabr 2025 17:18
Əhməd Oruc insult keçirdi, vəziyyəti ağırdır
17 Noyabr 2025 11:42


Bakı -°C

