ABŞ vitse-prezidentinin evinə ziyan vuran şəxs saxlanılıb
ABŞ-nin Ohayo ştatının Sinsinnati şəhərində vitse-prezident C.D.Vensin əmlakına ziyan vuran şəxs saxlanılıb.
Adalet.az "Fox News"a istinadən xəbər verir ki, bu barədə ABŞ Məxfi Xidməti məlumat yayıb.
Qurumun məlumatına görə, Məxfi Xidmətin agentləri bazar ertəsi hadisəni törətməkdə şübhəli bilinən şəxsi saxlayıblar. Onun şəxsiyyəti açıqlanmır.
Qeyd olunur ki, şübhəli şəxs Vensin iqamətgahının pəncərələrini sındıraraq əmlaka ziyan vurub. Saxlanıldıqdan sonra o, Sinsinnati polisinə təhvil verilib.
Məxfi Xidmət hadisə zamanı evin boş olduğunu, vitse-prezident və onun ailə üzvlərinin isə Ohayo ştatında olmadığını vurğulayıb.
C.D.Vensin nümayəndəsi də "Fox News"a hadisənin baş verdiyi zaman vitse-prezident və ailəsinin artıq Vaşinqtona qayıtdığını təsdiqləyib.
Digər Xəbərlər
07 Yanvar 2026 10:48
Daha bir ölkə Ukraynaya qoşun göndərməkdən imtina etdi
07 Yanvar 2026 10:45
Kavelaşvili xalqa çağırış etdi
07 Yanvar 2026 09:53
İranda etirazçılar bu iki şəhəri ələ keçirdilər
06 Yanvar 2026 21:00
Bu terror təşkilatları dərhal ləğv edilməlidir - Yaşar Gülər
06 Yanvar 2026 20:50
Maduronun oğlu atasından danışıb ağladı - VİDEO
06 Yanvar 2026 20:32
Pezeşkian tənqidlərə Azərbaycan dilində atalar sözləri ilə cavab verdi - VİDEO
06 Yanvar 2026 20:04
Avropa Ukraynaya 30 minədək sülhməramlı göndərə bilər
06 Yanvar 2026 19:17


Bakı -°C

