adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
26 Mart 2024 10:47
1322
KRİMİNAL

Ağcabədi sakinindən 4 kq heroin götürüldü

Ağcabədi sakinində 4 kiloqramdan artıq heroin aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Adalet.az-a bildirilib ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon sakini, əvvəllər məhkum olunmuş Sədi Cəfərov saxlanılıb. Həmin şəxsin üzərindən və rayonun Hindarx qəsəbəsindəki evindən 4 kiloqramdan artıq heroin aşkarlanıb. Dindirilmə zamanı S.Cəfərov narkotik vasitəni satış məqsədi ilə Ağcabədi rayonuna gətirdiyini bildirib.

Bundan başqa, rayon ərazisində son bir ay ərzində keçirilən tədbirlər zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 19 nəfər saxlanılıb. Nəticədə 5 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Faktlarla bağlı Ağcabədi RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.