16 Oktyabr 2024 09:10
119
KRİMİNAL

Ağcabədidə vətəndaşlardan 6 silah götürüldü

Ağcabədidə polis əməkdaşları tərəfindən 6 silah götürülüb

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Adalet.az-a bildirilib ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər zamanı rayon sakinləri qanunsuz olaraq saxladıqları 5 tüfəngi könüllü olaraq təhvil veriblər, 1 ədəd odlu silah isə aşkarlanaraq götürülüb.

Araşdırmalar davam etdirilir.