“Ağdam və Ağcabədi Şəhid ailələri ilə iş” layihəsinin təqdimatı keçirilib

8 sentyabr 2025-ci il tarixində Respublika Şəhid Ailələrinə Qayğı Cəmiyyəti tərəfindən, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ağdam və Ağcabədi Şəhid ailələri ilə iş” layihəsinin təqdimatı keçirilmişdir.
Tədbir şəhidlərimizin müqəddəs xatirəsinə həsr olunmuş, yüksək təşkilatçılıqla və dərin mənəvi duyğularla yadda qalmışdır. Təqdimatda şəhid ailələri, qazilər və müharibə veteranları iştirak etmiş, layihənin məqsəd və məramı iştirakçılar tərəfindən böyük rəğbət və alqışlarla qarşılanmışdır.
Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov çıxış edərək şəhidlərimizin göstərdiyi igidlikdən, onların əziz xatirəsinin daim uca tutulmasından danışmış, dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğının dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu vurğulamışdır. O, layihənin reallaşmasının şəhid ailələrinin sosial rifahına, qazilərin və müharibə iştirakçılarının cəmiyyətə inteqrasiyasına mühüm töhfə verəcəyini qeyd etmiş, bu təşəbbüsü yüksək dəyərləndirmişdir.
Bu layihənin əsas hədəfi şəhid ailələrinin, qazilərin və müharibə iştirakçılarının sosial rifahının gücləndirilməsi, onların cəmiyyətə inteqrasiyasına dəstək göstərilməsi, həmçinin vətənpərvərlik ruhunun gənc nəsillərə aşılanmasıdır.
Respublika Şəhid Ailələrinə Qayğı Cəmiyyəti hər zaman şəhid ailələrinin və qazilərin yanında olduğunu nümayiş etdirir və bu istiqamətdə həyata keçirilən hər bir təşəbbüs dövlətimizin şəhidlərə və onların ailələrinə göstərdiyi yüksək qayğının bariz nümunəsidir.
Tədbir konsert proqramı ilə başa çatmışdır. Tədbirin aparıcısı Respublika Şəhid Ailələrinə Qayğı Cəmiyyətinin mədəniyyət şöbəsinin müdiri Şirzad Pirallahı olmuşdur.
Biz bir daha bütün şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyir, onlara Allahdan rəhmət diləyirik. Qəhrəman qazilərimizə və müharibə veteranlarımıza Uca Allahdan şəfa və möhkəm can sağlığı arzulayırıq.
Allah Ulu Öndərin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə can sağlığı versin, ömrünü uzun etsin ki, o, xalqımızı yeni-yeni qələbələrə aparsın!
Digər Xəbərlər

“AŞIQLAR QƏRBİ AZƏRBAYCANI TƏRƏNNÜM EDİR” KİTABININ TƏQDİMATI OLUB

Yurda uzanan yollarda gənclik karvanı

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

“QƏRBİ AZƏRBAYCAN AŞIQLARININ DASTAN REPERTUARI” ADLI KİTABIN TƏQDİMATI OLUB

“AŞIQLAR QƏRBİ AZƏRBAYCANI TƏRƏNNÜM EDİR”

Kölgə İqtisadiyyatında Korrupsiya Halları və ona qarşı mübarizə”adlı layihənin yekun tədbiri keçrilib

Naxçıvan MR-də icra olunan layihə yekunlaşdı
