17 Oktyabr 2024 12:41
173
MƏDƏNİYYƏT

Aktrisa məşhur tum şirkətindən şikayət edib

Aktrisa  Ləman Mərrih instagram hesabında məşhur tum şirkətini tənqid edib.

Adalet.az xəbər verir ki, o, aldığı tum bağlamasının içində siqaret kötüyü çıxdığı üçün şirkəti məsuliyyətsizlikdə  qınayıb:
“Belə bir şey paylaşmaq istəməzdim. Amma düşünürəm ki, artıq bu qədər də olmaz. Bu tumların içindən hər gün ya daş, ya da daşlaşmış topa duz çıxırdı, fikir vermirdim.Bu gün  rəsmən içindən kiminsə siqaret kötüyü çıxıb!Bu tumlar birbaşa yuyulmadan istehlakçının ağzına gedir siz nə edirsiniz çiko tumları?!

Ətrafımda olan hər kəs bilir ki, siqaret çəkmirəm. Yəni mənim öz siqaretimin kötüyü ola bilməz! Birbaşa paketin içindən çıxıb.

Artıq nə almaq lazım olduğunu, kimə güvənmək lazım olduğunu bilmirəm”.

Əntiqə