16 May 2025 09:00
121
LAYİHƏ

ALİ BAŞ KOMANDANIN, ORDUNUN VƏ XALQIN QƏLƏBƏSİ

44 günlük İkinci Qarabağ savaşından danışanda heç şübhəsiz, burda  əsas üç faktor - Ali Baş Komandan, Ordu və Xalq daha böyük önəmli rol oynayır. Çünki bizə o qələbə sevincini yaşadan adını çəkdiyimiz bax, bu qüvvələrdir. O qüvvələr ki müharibənin ilk günlərindən Allah-Təala onlara böyük güc vermişdi. Üstəlik də Azərbaycan öz ədalətli, haqqını tələb edirdi, yəni  30 il əvvəl işğal olunmuş Qarabağ torpağını azad etmək istəyirdi. Təbii ki, möhtəşəm qələbənin qazanılması tarixin qızıl səhifələrindəndir. Ən azından ona görə ki, 44 günlük müharibə ildırım sürətilə davat etdi və ildırım  sürətilə də başa çatdı və ərazilərimiz geri qaytarıldı.

Bir ölkənin gərək düşməni də mərd olsun. Təəssüf ki,  bizim düşmənimiz olar ermənilər  dünyada analoqu və oxşarı olmayan  bir işğalçıdır. Onlar 30 il işğal etdikləri Azərbaycanın Qarabağ bölgəsindəki rayonlarını tarimar ediblər. Nə Allahdan qorxublar, nə də günahsız yerə  güllələdikləri insanların ahından! 

Erməni faşistləri 1992-ci ildən zaman- zaman əl keçirdikləri rayonlarımızın hər bir yaşayış sahəsini, qəsəbəsini, kəndini ya od vurub yandırıblar, ya da  tarı-mar ediblər. Heç yadımdan çıxmır, 1993-cü ilin avqustun 23-də  Füzuli rayonu işğal olunanda onlar Horadiz qəsəbəsinə daxil olaraq, şəhərə od vurdular. Bir binanı, bir evi yandırmamış əl çəkmədilər. Həmin dövrdə canlarını qurtarıb, Arazın o tayına keçən, "Aslandüz"dən Horadizə baxıb hönkür- hönkür ağlayan yaxın qohumum Əli Qasımov deyir ki, Horadiz od tutub yanırdı. Alov və tüstü ərşə qalxmışdı. Başa düşmək olmurdu ki, yağı düşmən bu şəhəri yandırmaqla nə demək istəyirdi. Onların nə demək istədiyini biz yaxşı bilirdik. Yəni onlar demək istəyirdi ki, sizi burdan qovuruq, ocağınıza da od vururuq. Həm də onlar bizi qorxutmaq istəyirdi. Amma biz qorxmadıq. Yanmış ocağımıza, tarı-mar edilmiş yurdumuza Ulu Öndər Heydər Əliyevin köməkliyi ilə 1994-cü ilin yanvarın 4-dən sonra Füzulinin 22 kəndi və Horadiz qəsəbəsi işğaldan azad olundu. Və bir müddətdən sonra biz ora qayıtdıq. 

Erməni vəhşiliyi hər kənddə, hər qəsəbədə və hər rayonda hiss olunurdu. 

2020-ci ildə 44 günlük İkinci Qarabağ savaşında azad olunmuş 9 rayonun hansı gündə olduğunun bir daha yenidən şahidi olduq. Yenidən şahid olduq ki, işğaldan azad olunmuş Cəbrayıl, Füzuli, Ağdam, Zəngilan, Qubdalı, Şuşa, Laçın, Kəlbəcər, Hadrut rayonlarında düşmən əsrin ən böyük müharibə cinayətlərini törədib. Füzuli rayonu işğaldan azad olanda şəhərin  mərkəzində bir salamat bina tapılmayıb ki, orda bayrağımızı ucaltsınlar. Bu barədə hərbiçilərimiz Ali Baş Komandan, Prezident İlham Əliyevə məlumat veriblər. Prezident  də göstəriş verib ki, salamat bina olmasa da bayrağımızı hər hansı bir yerə sancın və bayrağımız dalğalansın. Hərbiçilərimiz də bayrağımızı bir yüksəkliyə sancıblar və bayrağımız da dalğalanıb.

Xaricdən işğaldan azad  olunan torpaqlarımıza səfər edən və eləcə də səfirliklərin nümayəndələri Ağamda və Füzulidə olarkən, hər iki şəhərdəki dağıntını görəndən sonra Ağdamı və Füzulini atom bombası atılmış Xrosimo şəhərinə bənzədiblər. İndi siz təssəvvür edin, görün erməni vəhşiliyi necə böyük fəsadlar yaradıb. Onlar işğal etdikləri rayonlarımızdakı yaşayış binalarının içindəki mebelləri, xalçaları, yorğan- döşəyi və digər avadanlıqları  aparmaqla kifayətlənməyiblər, ermənilər həm də həmin binaların damını, döşəməsini, qapısını, pəncərəsini, daşını da söküb-aparıblar. 

Təbii ki, bunu da tək etməyiblər. Bu çirkin niyyətlərini öz havadarlarının- rusların və farsların yardımı ilə həyata keçiriblər. Hətta eşitdiyimizə görə, hər evi 300 dollara satıblar. İrandan gələn iri "tır"lar vasitəsiylə mənzillərin bütün avadanlıqları, daşı, damı , döşəmələri, qapı və pəncərəsi həmin ölkəyə danşınıb. Bunlar bir maışın olmayıb. Minlərlə belə "tır" vasitəsiylə gəlib işğal altında olan torpaqlarımızı yağmalayıblar. İranın " Aslandüz" deyilən yeri Horadizlə üzbəüzdür. Araz çayının üstündə tikilən bənddə ora bir körpü də çəkilib. Həmin körpü ilə, eləcə də Xudafərin körpüsü ilə bayaq dediyimiz kimi, tkinti materialları İrana daşınıb. 40 il bundan əvvəl "Aslandüz"də yaşayan iranlılar qazma evlərdə məskunlaşmışdılar. 

Amma bu tikinti materiallarını İrana apararaq həmin yerdə və yaxınlıqda 2-3 mərtəbəli mişar daşından evlər tikiblər. Yaxın admlarımdan biri deyir ki, "Aslandüz"də olarkən tanış iranlılardan biri məni evinə apardı. Evimin qapısını onun mənzilində gördüm.  Elə bil başıma bir qazan isti su töküldü. Nə çörək yeyə bildim, nə də çay içdim. Ev sahibi də bunu bildi. Dedi ,qardaş, vallah, mənim günahım yoxdur, satırdılar mən də aldım!

Bax ermənilər iranlılarla bir yerdə hər cür alçaqlıq ediblər.

Onların ən böyük vəhşiliklərindən biri də qəbiristanlıqları dağıtmaqlarıdır. İşğaldan azad olunmuş bir yerdə belə, qəbir daşları yoxdur. Xüsusən də qiymətli qəbir daşları olan qara mərmərlər və digər növ daşlar hamısı  yerindən qoparılaraq aparılıb. Ermənilər bununla da kifayətlənməyiblər. Bəzi qəbirlərin içini sökərək, ordakı cəsədlərin dişlərini çıxarıblar. Deyilənlərə görə, onlarda xüsusi avadanlıqlar varmış. Həmin avadanlıqlarla müəyyən olunurmuş ki, hansı məzarda dəfn olunmuş insanın ağzında qızıl dişi var.  Bax bunların iç üzü, sifəti belədir. 

Onları heç bir vəhşi heyvanla müqayisə etmək mümkün deyil. Çünki vəhşi heyvanlar bir qurbanını tutur və onunla da qidalanır. Amma bunlar gözlərinə nə görünürsə hamısını ya  söküb aparıblar, ya da yandırıblar. Hətta Ağdamda və Füzulidə qəbiristanlığı traktorla şumlayaraq orda taxıl əkiblər. Ağdamda və Füzulidə rəhmətə gedənlərini ziyarət edənlər bu səhnələri görüb özlərinə gələ bilməyiblər. Görün şərəfsizliyin və binamusluğun dərəcəsinə baxın ki, bunu hər insan edə bilməz. Bunu eləsə- eləsə ancaq ermənilər törədə bilərlər. 

Bu işləri tək deyil, farslarla birlikdə ediblər. Məsələn, Füzulinin Horadiz kəndindən başlamış İşıqlı kəndinə  qədər yolun sağında və solundakı dəmyə torpaqlarda taxıl əkiblər. həmin taxılın da becərmə işlərini iranlılar  həyata keçiriblər. O yerlərə İrandan traktor və xüsusi texnikalar gətirilib. Biçin vaxtı isə həmin ölkədən gətirilmiş kombaynlardan istifadə olunub.  Bunu ona görə deyirik ki, Füzuli işğaldan azad olunanda ermənilər və iranlılar həmin  texnikaları qoyub qaçıblar.

Bütün bunlar erməni vəhşiliyinin baris nümunəsidir. Ali baş Komandan, Prezident İlham Əliyev işğaldan azad olunmuş torpaqlarımıza səfər edəndə dedi ki, sanki burdan bir vəhşi qəbilə keçib. Torpaqlarımızda daşı- daş  üstə qoymayıb. Müharibə həmişə olub, bu gün də var , sabah da olacaq. Amma erməni işğalı nəticəsində şəhərlərin, qəsəbələrin, kəndlərin  viran olunmasının heç bir oxşarı yoxdur.  Hətta ən dəhşətli zəlzələdə belə, bütün binalar  uçmur. Heç uzağa getməyək, qardaş Türkiyədə baş verən 7.7 bal gücündəki zəlzələdə çox binalar dağılsa da, dağılmayan binalar da az deyil.

Amma Ağdamda, Füzulidə bir dənə də olsun dağılmamış bina yoxdur.

Azərbaycan prezidenti İlham Əliyev Ali Baş Komandan kimi dünya hərb tarixində yeni  bir səhifə yazdı. O səhifənin adı: "Qarabağ Azərbaycandır!". Aydındır ki, bir çox müharibələrdə döyüşlər zamanı mülki əhali güllələnir, öldürülürdü. Amma Ali Baş Komandanın əmri əsasında Azərbaycan əsgəri  bir mülki erməni vətəndaşına qarşı silah tətbiq eləmədi. Hansı ki ABŞ kimi böyük dövlət İraqda müharibə apararkən nə qədər mülki əhalini güllələdi, nə qədərini də şikəst elədi. İkinci  Qarabağ savaşı həm də tarixə  ona görə qızıl hərflə yazıldı ki, biz erməni xalqı ilə deyil, erməni ordusu və erməni əsgəri ilə döyüşürdük. Bax, Azərbaycan Ordusunun möhtəşəm və şanlı qələbəsi bu gün dünya hərbçiləri tərəfindən öyrənilir və mənimsənilir.

Emil Faiqoğlu

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.