25 Avqust 2025 15:44
100
ELM VƏ TƏHSİL

Ali məktəblərə boş qalan plan yerlərinin sayı açıqlandı

Ali təhsil müəssisələri üzrə boş qalan plan yerlərinin sayı açıqlanıb.

Adalet.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə İTV-nin efirində deyib.

Onun sözlərinə görə, sözügedən plan yerlərinin siyahısı sabah məlum olacaq:

"I ixtisas qrupu üzrə 1549 yer var. II qrup üzrə 278, III ixtisas qrupu üzrə 30, IV qrup üzrə isə 218 boş plan yeri var. V qrupa gəlincə, bu qrupda 144 boş plan yeri var".