Suraxanıda məktəbdə dərs dayandırılıb? - AÇIQLAMA
Sosial şəbəkələrdə Bakı məktəbində dərslərin dayandırılması ilə bağlı iddialara aydınlıq gətirilib.
87 nömrəli tam orta ümumtəhsil məktəbindən Adalet.az-a bildirilib ki, aprelin 18-də sosial şəbəkə səhifələrində 87 nömrəli tam orta ümumtəhsil məktəbi barədə təhlükəsizlik təhdidi və müəllimlərə qarşı təhqiredici məlumatlar yayılıb.
Bildirilib ki, bu barədə hüquq mühafizə orqanlarına məlumat verilib.
"Bu səbəbdən 20 və 21 aprel 2026-cı il tarixlərində davamiyyət qismən aşağı düşsə də, məktəbdə tədris prosesi davam edir.
Təhsilalanların və təhsilverənlərin təhlükəsizliyinin və təhsildə fasiləsizliyin təmin olunması diqqət mərkəzində saxlanılır. Valideynlər və şagirdlərlə müvafiq dəstəkləyici söhbətlər aparılır", - məlumatda bildirilib.
Qeyd edək ki, sosial mediada yayılan iddialara görə, Suraxanıda yerləşən məktəbin 7-ci sinfində oxuyan şagird rus dili müəllimini öldürəcəyi ilə bağlı hədə səsləndirib.
Digər Xəbərlər
21 Aprel 2026 11:47
Testdən keçirsənsə...
21 Aprel 2026 09:52
Bu təhsil mərkəzinə direktor müavini təyin edildi
20 Aprel 2026 18:39
Direktor olmaq istəyənlərin NƏZƏRİNƏ!
20 Aprel 2026 10:52
263 məktəbdə ciddi sanitar pozuntular aşkarlanıb
20 Aprel 2026 10:38
656 bal topladı, yenidən imtahan verdi - SƏBƏB
20 Aprel 2026 10:10
Məntiq tədris olunmursa, bu suallar imtahanda nə üçün lazımdır? – Təhsil eksperti
19 Aprel 2026 14:40
DİM tərəfindən yeddi imtahan keçirilib: doqquz nəfərdə telefon aşkarlanıb - YENİLƏNİB
18 Aprel 2026 18:41


Bakı -°C

