Alim Qasımovun səhhətində problem yarandı

Xalq artisti Alim Qasımovun səhhətində problem yaranıb.
Adalet.az xəbər verir ki, bu barədə xalq artisti "İncə səhər" verilişində deyib.
A.Qasımov bildirib ki, onun ayağında revmatizm xəstəliyi yaranıb:
"Problem iki qanadlıdır. Problem olur, düzəlir. Ayağım şişdi. İndi heç nə yoxdur. Soyuqdəymədən əmələ gəlib. Bizdə buna "yel" deyirlər. Həkimlər isə revmatizm. Həkimə getdim. Söylədilər ki, ayağınızda şiş var, amma üzündə heç bir şey görsənmir. Yeriyəndə rahatlığımı alıb. Bununla bağlı dərmanlar qəbul edirəm. Ağrılar, xəstəliklər insanı insanlaşdırır və ürəyi kövrək edir".
Digər Xəbərlər

Nazirlik xalq artistinin vəfatı ilə bağlı nekroloq yayımladı

Ənvər Həsənovun dəfn yeri məlum oldu - YENİLƏNİB

Ziyadxan Əliyev vəfat etdi

Xankəndidə Novruz konserti olacaq

“Qızılgülün sirri” sərgisinin açılışı oldu - FOTOLAR

Nağıllar diyarı Kapadokiyada evlənərək xoşbəxtliyə ilk addımınızı atın - FOTOLAR
jpg-1741851321.jpg)
Hollandiyada “Sovjet Ereveld Experience” müzeyinin tikintisinə Azərbaycan töhfəsi
