Alimlər qorxu içində: “Sürətlə əriyən buzlaqlar dünyanın sonunu gətirir...”

Qrenlandiya –adı “yaşıl yer” mənasını versə də, bura səthi 82 faiz buzla örtülmüş və ərazicə dünyanın ən böyük adasıdır. Danimarka krallığı tərkibinə daxil olan, Atlantik və Şimal Buzlu okeanları arasında yerləşən Qrenlandiya ölkə olsa idi, dünya ölkələri arasında 12-ci yeri tutardı.
Alimlərin yekdil qərarına görə, adadakı buzlaq ərisə dünyanın dəniz səviyyəsi 7 metr yüksələcək.
Adalet.az xəbər verir ki, buzlar diyarı Qrenlandiyadan ürkütücü məlumatlar gəlməkdədir. Beləki, Türkiyə məbuatı bildirir ki, son iki gündə adada böyük dəyişiklik görsənib buz örtüyü təxminən 17 milyard ton əriyib.
Qeyd edək ki, ABŞ Milli Elmlər Akademiyasının NASA peyk məlumatlarına görə, hələ 3 il əvvəl 2018-ci ildə alimlər tarixdə ilk dəfə Şimal qütbünün ən soyuq bölgəsində olan ən qalın və sərt buz kütlələrinin qırılmağa və əriməyə başladığını bildirilər. o vaxtdan - fevral ayından bu günə qədər temperaturun artması avqustun əvvəllərində buzların daha çox qırılmasına səbəb olub.
Elə həmin ilin iyul ayında Qrenlandiyanın İnnaarsuit kəndi nəhəng buz parçasının yaxınlaşması səbəbi ilə təxliyə edilmişdi.
Şimal qütbündə 1,799 milyon kvadrat kilometr ərazi buz altındadır. Buzun ümumi həcmi 2,99 milyon kub kilometrdir. Ərazidə ən qalın buz təbəqəsi 3488 metr, təxmini orta qalınlıq isə 1673 metrdir.
2019-cu ildə Danimarkanın qütb araşdırmaları mərkəzinin əməkdaşı Rut Mottramın verdiyi açıqlamaya görə, Qrenlandiyada iyul ayının 31-dən bu yana 10 milyard ton buz əriyib. 4-5 gün içərisində bu qədər buzun əriməsi dünya alimlərini də qorxuya salıb. Ümumilikdə iyul ayında 197 milyard ton buz əriyib. Qütb araşdırmalar mərkəzindən bildirilib ki, bu qədər əriyən buz ilə 80 milyon hovuz doldurmaq mümkündür.
Əntiqə Rəşid
Digər Xəbərlər

Ədliyyə naziri İraq Federal Ali Məhkəməsinin sədri ilə görüşüb

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirildi

Ombudsmana ən çox kommunallara görə müraciət edilib

Baş prokuror İraq Ali Məhkəməsinin sədri ilə görüşüb - FOTOLAR

Sabah çimərliyə gedənlərin NƏZƏRİNƏ!

Xüsusi nümayəndə: Ağdam şəhərində hazırda 10 minə yaxın şəxs yaşayır

Probleminlə bağlı polis rəisinə müraciət et - VİDEO
