21 Noyabr 2022 13:43
310
ƏDƏBİYYAT

ALLAH SƏNƏ RƏHMƏT ELƏSİN QƏHRƏMAN YÜZBAŞI… - Vaqif TANRIVERDİYEV yazır

Cəlil Məmmədquluzadənin “Kamança” pyesininin adını kiçiklər məktəb proqramlarından öyrənib, nisbətən böyüklər instutut auditoriyalarında tanış olublar. Cəlil Məmmədquluzadənin yaradıcılığı haqqında dissertasiya işi yazarkən elm adamları öz tədqiqatlarında “Kamança” pyesinin adını çəkməklə kifayətlənib. Yəni dediyim odur ki, bu əsərə hamımız bələdik. Keçmiş İttifaq dövrünün tədqiqatlarında əsərin əsl ideyası diqqətdən kənarda qalmış , erməni xisləti, erməni düşmənçiliyi geniş təhlilini tapmamış, oğlunun qatilini bağışlaması xalqımızın humanizmi və insanpərvərliyi, rəhmdilliyi, oyanma və özünəqaydış kimi təhlil və təqdim edilmişdir. 

Sovet dövrü ədəbi tənqidində C.Məmmədquluzadının yaradıcılığı geniş təhlil edilmiş, öz layiqli qiymətini almaşdır. Amma Azərbaycan və erməni xalqlarının ənənəvi dostluğunun yer aldığı əsərlər haqqıında danışılarkən “Kamança” pyesinin yalnız adı çəkilmiş, əsl ideyasının təhlili diqqətdən kənarda qalmışdır. Bu da təsadüfi deyildir, İttifaq dövründə beynəlmilləlçilik, birgəyaşayış normaları, xalqlar dostluğu ideyaları o qədər güclü təbliğ olunurdu ki, o vaxtlar mövcud olan millətlərarası ədavət, düşmənçilik, kin sosializmin əxlaq kodeksinə zidd amillər kimi qadağan edilirdi. Amma ermənilər, özlərini sözdə həmin ideyalara sadiq göstərsələr də, daxilən xalqımıza qarşı həmişə düşmən mövqeyi tutmuş, arxadan zərbə vurmaq üçün hər an fürsət, məqam gözləmiş və buna nail olmuşlar. Əslində bunu yalnız sosializm realizminin tələbi ilə də izah etmək düzgün olmaz, yüz illiklər boyu ermənilər türkün düşməni olmuş, həmişə bu düşmənçiliyi həyat devizinə çevirmiş, bədii əsərlərində hiyləgərliklə pərdələyərək sətiraltı təbliğ etmişlər. 1905-1907, 1914-1916, 1918-1920, 1948-1953 və 1988-ci illərdən bəri, hələ bir neçə əsr əvvəllər də baş verən qətliamlar, milli qırğınlar erməni faşizminin, erməni vandalizminin bariz nümunəsidir.

Ermənilər tarixin müxtəlif illərində minlərlə kənd və qəsəbəmizi yer üzündən silmiş, xalqımız dəfələrlə xəyanət, deportasiya, soyqırım və işğal faciələri yaşamışdır. Amma biz ermənilərin zaman-zaman törətdikləri vəhşilikləri unutmuş, “uzaq qohumdan yaxın qonşu yaxşıdır” - atalar deyiminin aşıladığı ab-hava ilə yaşamış dostcasına birgə yaşayışı davam etdirmişik. Hətta “Yoldaş Azərbaycan hinger hayıstan…” deyə söz qoşub, mahnılar oxumuşuq. 30 il davam edən Qarabağ problem artıq həllini tapır. Ölkə başçısının qətiyyəti, ordumuzun rəşadəti və xalqımızın dəstəyi ilə qələbə qazanıldı. Xüsusilə gənclərimiz misilsiz qəhrəmanlıq nümunəsi göstərdi. Bu illər ərzində nə qədər itgi verdik, tikili gözəl şəhər və kəndlərimiz xarabazara çevrildi. Nə qədər döyüşdən yarımcan qayıdan gəncimiz var… 

Bu duyğuları məndə müxtəlif içtimai mövqeyə malik insanların yenidən ermənilərlə birgə dostcasına yaşayışla bağlı fikirləri doğurdu. 30 il ərzində ermənilərin törətdikləri faciələrə, soyqırım, deportasiya və milli qırğınlara baxmayaraq ermənilərlə yenə sülh şəraitində, dostcasına birgə yaşayışa sadəlövhcəsinə inam ifadə ediriik. 

Dostluq ifadə edən misallar söyləyib, sitatlar gətirik, biz başqa millətlərə qarşı etnik təmizləmə işi görməyən bir dövlətik deyirik. Bunu ifadə edənləri də qınamaq olmaz, tarixi şərait, vahid coğrafi məkan bu xalqları birgə yaşamağa məhkum edir. Prezident İlham Əliyev çıxışlarında, dünyanın müxtəlif ölkələrinin mətbu orqanlarına müsahibələrində də bu qonşuluq həyatının tarixi zərurət olduğunu xüsusi vurğulayaraq bildirmişdir ki, Azərbaycan vətəndaşı olan dinc ermənilərin Qarabağda azərbaycanlılarla birgə yaşaması üçün heç bir problem yoxdur.

Onlar da Azərbaycanın bərabərhüququlu vətəndaşı ola bilərləır. Bəs, ermənilərin niyyəti nədir, yüz illərdir zaman-zaman davam etdirdikləri düşmənçilik niyyətlərinə son qoya biləcəklərmi? Son vaxtlar sülhə yönəli təkliflərin, birgə yaşamaq çağışılarının səsləndiyi bir məqamda Fransa Senatının qəbul etdiyi qətnamə əslində ermənilərin düşmənçilik meyllərindən əl çəkmədiklərini sübut etdi. “Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi” adlı həmin sənəd Ermənistanın və ümumiyyətlə onun havadarlarının niyyətlərini bütün çılpaqlığı ilə ortaya qoydu. İftira və yalanlarla dolu olan bu üzdəniraq qətnamə açıq təxribat xarakteri daşıyır, təkcə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşma prosesinə xələl gətirmir, gələcək yaxınlaşmanın perspektivlərinə də qatı kölgə salır.

Torpaq iddiası yaşından asılı olmayaraq hər bir ermənidə psixi xəstəlik halındadır. Zaman-zaman baş verən kütləvi qırğınlar, faciə və qətliamlar bunu göstərir.

Qayıdaq “Kamanca” pyesinə, bu əsər zaman-zaman davam edən erməni düşmənçiliyinin bədii əsərlərdəki əks sədasının, erməni düşmənçiliyinə qarşı bizim laqeyd və unutqanlığımızın bir nümunəsidir. Bir əsr əvvəl qələmə alınmış ”Kamança” pyesində ifadə olunan milli-etnik ideyalara, tarixən qonşuluq siyasətinin əsl mahiyyətinə yenidən nəzər salmağım da bununla əlaqədardır. Əsərin qəhrəmanı Qəhrəman yüzbaşı ermənilər tərəfindən qətlə yetirilmiş oğlu Heydərin qisasını almaq nifrəti ilə çöllərə düşüb qatil erməni axtarır. Uzun axtarışlardan sonra meşədə, ocaq başında əlində kamança erməni Baxşı ilə qarşılaşır.

Baxşı xalqımıza bələddir, xilas yolunu da bilir. Atlı dəstənin yaxınlaşdığını görəh kimi büzüşüb yazıq görkəm alır. Erməni Baxşının qanının arasına kamança girir. Qəhrəman yüzbaşı kamançanı Baxşıya uzadıb: “A balam, yazıqsan, barı bir dəfə çal” deyir. Erməni başlayır “Segah-zabul” muğamı çalmağa. Musiqinin kövrək ahəngi dalğa-dalğa ətrafa yayılır. Payızın qışa doğru dəyişən soyuq nəfəsindən quruyub xal düşmüş yarpaqlar, artıq saralmağa başlayan otlar sanki yaxınlaşan faciənin qoxusunu alıb, meşə dərin sükuta dalıb. Erməni Baxşı öz işindədir, çalır, Kamança sanki dil deyib ağlayır. Erməni əmindir ki, türklər nə qədər qəddar, nə qədər düşmənə nifrətli olsalar da həzindirlər, kövrəkdirlər, bağışlayandırlar. “Segah-zabul”un məhəbbət-sevgi aşılayan ahəngi meşəni başına götürür.

Əlində qılıncı erməninin başının üstünü kəsib nərə çəkən Qəhrəman yüzbaşı musiqinin təsirindən hayıl-mayıl olur, kövrəlir, qılıncı endirir, yerdə astaca oturur və Baxşı çaldıqca yavaş-yavaş, güya özündən bixəbər, qəməni soxur belindəki qına və huş-guş ilə qılaq asmağa başlayır. “Vallahı, dünyada nә qәdәr canım sağdı, hansı biriniz әlimә keçsәniz, tikә-tikә doğrayacağam! Sizin gәrәk toxumunuzu yer üzündәn kәsәm!” - deyən yüzbaşının sonrakı əhval-ruhiyyəsinə diqqət yetirin. Bir az qulaq asdıqdan sonra üzünü Qaraşa tutub: - Sən öləsən biçarə Heydər gəlib durub gözümün qabağında... Erməni bic olar. Qəhrəman yüzbaşı bu sözləri deyərkən çox alçaqdan çalır. Yüzbaşı qızışanda musiqinin ahəngi enir, qisas dəstəsi ah çəkir, dinləyiciləri susanda Baxşı daha şövqlə calır. Erməni çox ustalıq və bicliklə muğamın ahəngini Qəhrəman yüzbaşının əhval-ruhiyyəsinə kökləyir: gah ahəstə, həzin, gah da coşqun...

Yüzbaşı birdən ayağa durur, qəməsini qınından çıxarır və acıqlı-acıqlı uca səslə Baxşıya deyir: - Adə, erməni, tez kəmənçəni yığışdır, itil, get burdan. Yoxsa atamın goru haqqı, bu yoldaşlarımın başına and olsun, bu qəməynən bu saat səni də öldürərəm, özümü də öldürərəm, çıx get - deyə çığırıb nərə çəkir...

Həyat həqiqətinin bədii ifadəsi... Allah sənə rəhmət elsin, Qəhrəman yüzbaşı, günah sənin günahın deyil, bu millət mənən böyükdür, rəhmdildir, kövrəkdir və ermənilərin xalqımıza çəkdirdikləri bütün ağrı-acıların, qırğınların, soyqırım və yalanların bağışlanması da yüksək, ali insanı keyfiyyətlərimizin acı nəticəsidir. Bax biz buyuq, xəyanətə, nankorluğa görə düşməni öldürməyə hazırıq, amma yalvarışına dözmərik, bağışlayarıq.

Bunlar dünən yaşananlardır, bu gün nəsə dəyişibmi, bəs, sabahımız nə vəd edir?... Fransa Senatının qətnaməsi bizi daha ehtiyatlı, daha qətiyyətli olmağa məcbur edir, “itlə dostluq et, çomağını əlində saxla...” Görək də...

Vaqif TANRIVERDİYEV 

Gəncə