Amsterdamdan "Qarabağ erməniləri"nə ianə: "Erməni kinosu" günləri keçiriləcək
“Filmadaran” İctimai təşkilatın və niderlandlı kino tənqidçisi Hyuqo Emerzaelin əməkdaşlığının nəticəsində Qarabağı tərk edən erməniləri dəstəkləmək üçün erməni kinosunun 100 iliyinə həsr olunmuş kinoproqram həyata keçirilir.
Ermənistanın milli kinomərkəzindən bildirirlər ki, filmlərin nümayişi noyabırın 24, 25, 26-da Amsterdamın MACA (Moving Arts Center Amsterdam) mədəniyyət mərkəzində keçiriləcək.
Bilet satışından əldə edilən bütün qazancı xeyriyyəçilik çərçivəsində dəstəkləmək məqsədiylə yönəldiləcək.
“Mənsubiyyət kinosu: Erməni kinosunun 100 illiyi” proqramının çərçivəsində tamaşaçılara 5 tammetrajlı və 6 qısametrajlı film təqdim olunacaq.
Qeyd olunur ki, filmlərdən bəziləri Ermənistan milli kinomərkəzi tərəfindən verilmişdir.
P.S. Maraqlıdır ki, bu gün Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan xüsusi vurğulayıb ki, Almaniya Ermənistana qrant və kredit şəklində 84,6 milyon avro məbləğində dəstək verəcək:" Bu da orta ixtisas peşə təhsilinin inkişafına, eləcə də bərpa olunan enerji sahəsində yeni proqramların həyata keçirilməsinə yönəldiləcək".
Əntiqə Rəşid
Digər Xəbərlər
19 Mart 2026 15:09
“Bizə intellektual verilişlər lazımdır ki, ideoloji təbliğat aparaq...”
18 Mart 2026 11:29
"Bu il daha 8 min müəllim attestasiya prosesinə cəlb olunacaq" - Nazir
16 Mart 2026 16:25
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
10 Mart 2026 14:53
Leyla Əliyeva "Qız Qalası" qalereyasında - VİDEO
10 Mart 2026 12:30
Əməkdar artist: ““Kor” rejissorlara rast gəlməmişəm”
10 Mart 2026 11:58
Özündən əvvəl səsi tanınan adam - Əntiqə Kərimzadə yazır…
10 Mart 2026 10:38
118 Yaşlı Füzuli Teatrı - Mirqiyas Seyidsoylu yazır
02 Mart 2026 09:57


Bakı -°C

