10 Mart 2025 09:19
86
HADİSƏ

Ana və qızı dəm qazından zəhərlənib - 9 yaşlı qız ölüb

Şabran rayonunda ana və övladı dəm qazından zəhərlənib.

Adalet.az xəbər verir ki, 1991-ci il təvəllüdlü Günay Meylaverdi və övladı, 2016-cı il təvəllüdlü Gül Meylaverdi dəm qazından zəhərlənib.

Onlardan azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.