"Anam mənim üçün zibillikdən çanta götürüb" - Elza Seyidcahan

"Sentyabrın 1-də məktəbə geyinməyə paltarım yox idi. Anam bir qohumumuzdan mənim üçün ayaqqabı istədi, amma o, vermədi. Qonşumuz nəvəsinin ayaqqabısını verdi, bacımın köynək və ətəyini geyindim".
Adalet.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Onun sirri" proqramında deyib. Müğənni yaşadığı çətin günləri xatırlayıb:
"Çantamın cəftəsi qırılmışdı. Kimsə anama dedi ki, zibillikdə bir çanta var. Onu Elza üçün götürəsən. Anam əvvəl razılaşmadı, sonra məcbur qalıb zibillikdəki çantanı götürüb düzəltdi".
Digər Xəbərlər

Musa Musayev efiri tək etdi: “Efirlərə gəlməyə son qoymuşam”

Aparıcı: “Sən kimsən ki, aparıcıya və ya verilişə şərt qoyursan?!"

Müğənni aparıcıya cavab verib: “Türkanı yıxıb- sürümək lazım deyil”
