Anam nədənsə narazıdırsa, “əxlaqsız” vətəndaşdır – Eminquey yazır

Mənim anam illərdir bu hakimiyyəti dəstəkləyir, bu dövləti sevir, onu bu Vətənin torpağından ayıra bilmirəm. Dəfələrlə əlimə şans düşsə də, bu ölkədən çıxıb getməyə razı olmayıb. “Öz torpağımın beş-üç manatı” deyib dayanıb. Hər nə qazanmışamsa, pulu əlinə alan kimi dövlətə verilən vergiləri öz qarnından üstün tutub, su, işıq, qaz, zibil pullarını ayırıb ki, buna dəymək olmaz, dövlətə borclu qalmaq olmaz. İndiyə kimi bizim qapımızı döyüb işığımızı, suyumuzu, qazımızı kəsməyiblər. Əri dünyasını dəyişib, bundan yararlanıb dövlətdən bir qəpik belə qamarlamayıb.
Bu zamana kimi nə vaxt maddi və mənəvi çətinlik içində boğulmuşamsa, nə vaxt yaşadığım ölkədən, şəhərdən, qəsəbədən qaçıb getmək istəmişəmsə qarşımı anam kəsib. İllərdir mənə dövlətlə birlikdə olmağı, ona asi çıxmamağı, Vətən sevgisini bəxş edən anamdır. Əgər bugün narkoman deyiləmsə, xuliqan deyiləmsə, Vətən xaini deyiləmsə, bu anamın tərbiyəsi hesabına belədir. Əgər bugün zar-zor da olsa çörəyimi qazanıramsa, kiminsə haqqına girmirəmsə, oğru deyiləmsə, səbəbkarı anamdır.
Hə, oğlu şəhid olmayıb, qazi olmayıb, amma bu məmləkətdə yalnız müharibə olanda o müqəddəsdir, nədənsə narazı olanda, giley-güzar edəndə, haqqını, hüququnu tələb edəndə “əxlaqsızlıq edən” vətəndaş.
Digər Xəbərlər

SSRİ bayrağı qaldıran Saleh Səmədov vəzifəsindən AZAD EDİLDİ

Deputat Aqil Abbas: “Ağdamda ev verilən kimi xanımımla Ağdama köçəcəm” – VİDEO

İşçilərin əmək kitabçasının doldurulması qaydası təsdiqlənib

"Azərbaycan Dəmir Yolları"nda YENİ TƏYİNAT
jpg-1747135778.jpg)
Azərbaycandilli nəşrlərə qadağa?: Molla-Fars rejiminin qorxusu

Yaşar Gülər Şəhidlər Xiyabanı və Zəfər parkını ziyarət edib

Prezident informasiya təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının sədrini dəyişib
