ANAMA əməkdaşı MİNAYA DÜŞDÜ
Aprelin 2-də Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində 1 nəfərin xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Ağdam rayon prokurorluğundan Adalet.az-a verilən məlumata görə, hadisə nəticəsində ərazidə mina təmizləmə işləri aparan Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1987-ci il təvəllüdlü Əliyev Xəyyam Qəmbər oğlu xəsarət alıb və istifadə olunan texnikaya maddi ziyan dəyib.
Hazırda Xəyyam Əliyevin vəziyyəti qənaətbəxşdir.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər aparılıb.
Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
Digər Xəbərlər
03 Fevral 2026 18:26
Mavi ekranın məşhur siması dünyasını dəyişdi
03 Fevral 2026 16:39
Parlament prospektində evdə yanğın - FOTO - VİDEO - YENİLƏNİB
03 Fevral 2026 13:26
Dövlət sərhədini pоzduqlarına görə 17 nəfər saxlanılıb
03 Fevral 2026 13:25


Bakı -°C

