Anar Əliyev: I qrup əlilliyi olan şəxslərlə bağlı xüsusi komissiya yaradılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində I qrup əlilliyi olan şəxslərlə bağlı xüsusi komissiya yaradılıb.
Bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev deyib.
Nazir müavini bildirib ki, hazırda əlilliyin təyin olunması ilə bağlı səhiyyə orqanlarına müraciət olunmalıdır:
"Ancaq bizə müraciət olunan zaman xüsusi komissiyada I qrup əlilliyi olan şəxsləri əyani komissiyadan keçirə bilirik. Ümumiyyətlə, əlilliyin təyin olunması ilə bağlı yeni meyarlar hazırlanır”.
Digər Xəbərlər

Melikset Paşayan Qarabağda qanunsuz hərbi xidmət keçdiyini etiraf etdi

Prezident və xanımı Türkiyəyə getdi

İcmanın müraciəti BMT-nin rəsmi sənədi kimi yayıldı
