Anar Eyvazov:Ermənistan ordusu ciddi itkilərə məruz qalıb
Ermənistan tərəfindən Azərbaycan ordusunun itkisi ilə bağlı yayılan məlumatlar tamimlə yalandır.
Adalet.az-ın məlumatına görə, bunu Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov açıqlamasında deyib.
O qeyd edib ki, bu saxta məlumatların məqsədi ölkə daxilində yaranan xaosu azaldmaqdır. A.Eyvazov bildirib ki, kəşfiyyat məlumatlarına əsasən, Ermənistan ordusu ciddi itkilərə məruz qalıb.
Onun sözlərinə görə, düşmənin 24 ədəd tankı və zirehli texnikası, 15 ədəd zenit raket kompleksi, 15 uçuş aparadı, 8 ədəd artilierriya qurğusu, 550 nəfərdən artıq şəxsi heyət itkisi var. o qeyd edib ki, düşmən itkilərinin arasında aşkar edilmiş bəzi cəsədlərin Suriyadan və Yaxın Şərqdən gətirliş muzdluların olduğu aşkar edilib.