Ankarada Milli Qurtuluş Günü qeyd olunub - FOTOLAR

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin tabeliyindəki Mədəniyyət Mərkəzinin layihəsi əsasında Ankaranın Gazi Universitetində yaradılmış “Azərbaycan Türkcəsi Tədris Ocağı”nda “Qurtuluş Günü: Liderlik və dövlətçilik dərsi” mövzusunda tədbir keçirilib.
Azərbaycan və Türkiyənin dövlət himnlərinin oxunması ilə başlanan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan xalqının xilaskar oğlu, bütün mənalı ömrünü öz xalqına həsr edən görkəmli siyasətçi, müasir və müstəqil Azərbaycanın banisi Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbirdə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin tabeliyindəki Mədəniyyət Mərkəzinin direktor müavini Elnur Hüseynov, Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyi nəzdindəki Türkiyə Ətraf Mühit Agentliyinin sədr müavini, Bursa Uludağ Üniversitetini professoru Mehmet Yüce, Yıldırım Bəyazıt Universitetinin müəllimi, Batı Azərbaycan Topluluğunun Ankara təmsilçisi professor Seyit Aydın, tarix üzrə fəlsəfə doktoru, Əməkdar yurnalist Hikmət Xudiyev, Gazi Universitetində fəaliyyət göstərən “Azərbaycan Türkcəsi Tədris Ocağı”nın rəhbəri Şəhla İbişova və başqalarının çıxışlarında ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışının Azərbaycanın tarixində yeni bir mərhələ olduğu vurğulanıb, dahi şəxsiyyətin xilaskarlıq missiyasından bəhs edilib.
Ulu öndər Heydər Əliyevin Azərbaycanda dövlət quruculuğu sahəsindəki misilsiz xidmətləri haqqında danışan natiqlər dünya şöhrətli siyasi xadimin Azərbaycan-Türkiyə münasibətləri və türk dünyasında birliyin möhkəmlənməsinə verdiyi töhfələri yüksək dəyərləndiriblər.
Çıxışlarda ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası, Milli Qurtuluş Gününün müstəqil Azərbaycanın tarixindəki yeri və rolu haqqında geniş məlumat verilərək ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışının Azərbaycanın tarixində yeni bir mərhələ olduğu vurğulanıb.
Ulu öndər Heydər Əliyevin Azərbaycanda dövlət quruculuğu sahəsindəki misilsiz xidmətləri haqqında danışan natiqlər dünya şöhrətli siyasi xadimin Azərbaycan-Türkiyə münasibətləri və türk dünyasında birliyin möhkəmlənməsinə verdiyi töhfələri yüksək dəyərləndiriblər.
Natiqlər məhz 1993-cü ilin 15 iyun tarixindən başlayan və xalqımızın birlik və həmrəyliyinin təcəssümü olan Milli Qurtuluş Gününün ölkədə sabitlik, dönüş və inkişaf mərhələsi kimi tarixdə qalmasını, Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qurucusu Ümummilli Lider Heydər Əliyev olan şanlı Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızı azad edilməsini, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin olunmasını tarixi faktlar əsasında qeyd ediblər.
Tədbir çərçivəsində Azərbaycan Türkçəsi kursunun tələbələri də Milli Qurtuluş Gününə dair fikirlərini bölüşüblər. “Azərbaycan Türkcəsi Tədris Ocağı” tələbəsi Zuhal Çelikkeser “Gəncliyin gözündə Qurtuluş Günü” adlı çıxışı ilə dinləyicilərdə dərin təəssürat yaradıb. Elif Ceren Yazı isə Azərbaycanın məşhur şairi Məmməd Arazın “Azərbaycan - dünyam mənim” şeirini səsləndirərək duyğulu anlar yaşadıb.
Sonda “Azərbaycan Türkcəsi Tədris Ocağı”nın rəhbəri Şəhla İbişova Gazi Universitetində yaradılmış “Azərbaycan Türkcəsi Tədris Ocağı”nın fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat verib və rəhbəri olduğu quruma göstərilən dəstək üçün Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin tabeliyindəki Mədəniyyət Mərkəzinə minnətdarlığını bildirib.
Hikmət Xudiyev,
Əməkdar jurnalist, tarix üzrə fəlsəfə doktoru
Ankara
Digər Xəbərlər

Azərbaycanda Milli Qurtuluş günüdür

Yol polisindən “Son zəng”lə bağlı xəbardarlıq

Azərbaycan xarici ölkə vətəndaşlarının keçidinə şərait yaradır

"Maşa və Ayı"ya görə Space TV-yə xəbərdarlıq edildi

Dövlət Komitəsində xarici jurnalistlərlə görüş keçirilib

Laçın şəhərinin Baş planı təsdiqləndi

Qaz təchizatının kəsilməsi ilə bağlı yeni qaydalar müəyyənləşir
