Aqil Abbas Kəhrizli kəndində seçicilərlə görüşüb - FOTOLAR
85 saylı Füzuli-Ağcabədi Seçki Dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputatlığa namizəd Aqil Məhəmməd oğlu Abbasov (Aqil Abbas) Ağcabədi rayonun Kəhrizli kəndində seçicilərlə görüş keçirib.Görüşdən öncə Vətən uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Adalet.az xəbər verir ki, sakinləri parlament seçkilərində fəal iştirak etməyə çağıran deputatlığa namizəd bütün seçkilərdə vətəndaşların fəal iştirakını onların Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə verdikləri dəyərli töhfə kimi qiymətləndirib.
Aqil Abbas torpaqlarımızın düşməndən azad edilməsi istiqamətində uğurlu hərbi əməliyyatlarda qazi adını qazanan Vətən övladları,şəhid ailələri ilə mütamadi görüşür, onların qayğıları ilə maraqlanır. Seçicilərlə səmimi keçən görüşdə Aqil Abbas qeyd edib ki: "Bütövləşən Vətən naminə dəmir yumruğumuzu düşmənin başına endirdik, onu əzdik, qələbə qazandıq. Qarabağ nisgili ilə dünyadan köçənlərimizin, şəhid oğullarımızın ruhları şad oldu. Möhkəm iradəli xalqımız 44 günlük Vətən müharibəsindən qalib ayrılan igid əsgər və zabitlərimizlə, qanını Vətən torpağına qarışdıran şəhidlərimizlə, qazilərimizlə hər birimiz fəxr edirik".
Aqil Abbas ölkəmizin əldə etdiyi qələbə münasibəti ilə qazimizi təbrik edib, göstərdiyi qəhrəmanlığa görə təşəkkürünü bildirib.
Səmimi keçən söhbət zamanı qazimiz Azərbaycan ordusunu qələbəyə çatdıran döyüş təsüratlarını bölüşüb, xatirələrini danışıb, 44 günlük müharibə Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti və iradəsi ilə müzəffər ordumuzun gücünün, xalqımızın birliyinin təsdiqi olduğunu deyib.
Görüşdə kənd sakiniləri, ziyalılar Aqil Abbasın onlarla mütəmadi olaraq görüşməsini, onların problemlərinin həlli istiqamətində daim əlindən gələni etməyə çalışmasını yüksək qiymətləndirdiklərini vurğulayaraq yenidən ona etimad göstərəcəklərini, ona səs verəcəklərini deyiblər.
Digər Xəbərlər
21 Iyun 2026 13:18
Niger parlamentinin sədri Bakıya gəldi
21 Iyun 2026 12:05
Prezident qəbul keçirdi - FOTOLAR
20 Iyun 2026 15:04
Prezident Administrasiyasında Ana Vətən Partiyasının sədri ilə görüş keçirilib
20 Iyun 2026 09:15
“ABŞ-nin icarəyə götürdüyü marşruta İran problem yaradarsa...”
20 Iyun 2026 09:00
Azərbaycan donor ölkəyə çevrilib - BMT-dəki nümayəndəmiz
19 Iyun 2026 19:56
“Eqoist düşüncə tərzi insanlara heç nə vermir...”
19 Iyun 2026 17:09
Beynəlxalq tədbirlər yeni regional reallığın, dayanıqlı sülhün və birgə əməkdaşlığın təşviqinə xidmət edir
19 Iyun 2026 16:35


Bakı -°C

