09 Sentyabr 2024 12:22
1002
ƏDƏBİYYAT

Aqil Abbas yaxşı adamdır - Elman Eldaroğlu yazır

Aqil Abbas yaxşı adamdır, niyəti saf, mayası təmiz. Milyardlara, milyonlara həris deyil, səyahət etməyə, sağlamlığını qorumağa, bir də yardım diləyən fəqir-füqürə verməyə ehtiyat pulu vardırsa nikbindir…

Aqil Abbas xərabət əhli deyil, yaratmağa, sözdən çələng düzəltməyə meyillidir- abadlıq aşiqidir…

Aqil Abbas qorxmaz adamdır, nə qədər qocalsa da, nadana şapalaq vurmağa əli, zorun üstünə yeriməyə hünəri də var…

Aqil Abbas bığla saqqalın yerini yaxşı bilir. Hər ikisinə də diqqətlidir…

Aqil Abbas ağdamlıların sözü olmasın- Qaqadır. Dəlidolu, çılğın və dinamik. Pisi yaxşıdan, yaxşını pisdən ayıra bilir…

Aqil Abbas yenidən deputatdır. Qazaxlıların belə bir kəlamı var- “adam qazaxlı olmayıb haralı olasıdır?” İndi qazaxlıların dediyi kimi- deputat Aqil Abbas olmayıb, kim olasıdır ki? Qarabağın bu şanlı oğlunun halal haqqıdır…

Və nəhayət, Aqil Abbası yenidən millər vəkili olması münasibətilə təbrik edirəm!

Xeyirli-uğurlu olsun!