01 Fevral 2025 16:42
100
HADİSƏ

Araz çayından qanunsuz balıq ovlayan şəxs saxlanıldı

Su Nəqliyyatında Polis İdarəsinin İmişli Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şirvan regional qrupundan Adalet.az-a verilən məlumata görə, polis əməkdaşlarının ekologiyaya zərər vuran vasitələrdən istifadə edilməklə qanunsuz balıq ovuna qarşı keçirdikləri tədbirlər zamanı Araz çayının İmişli rayonu ərazisindən keçən hissəsində qanunsuz balıq ovu ilə məşğul olan B.Məhəmmədov saxlanılıb.

Həmin şəxsdən qanunsuz olaraq ovlanmış ümumilikdə 154 ədəd müxtəlif növ balıq, eləcə də ov qurğuları aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar aparılır.