Arda Turan rəqib məşqçiyə hücum çəkdi - “Peşman deyiləm”
Ukrayna Premyer Liqasının 14-cü turunda keçirilən “Şaxtyor” (Donetsk) “Krivbas”la (2:2) oyununda qalmaqal yaşanıb.
Adalet.az xəbər verir ki, donetsklilərin türkiyəli baş məşqçisi Arda Turan qarşılaşmanın 47-ci dəqiqəsində rəqib çalışdırıcı Patrik van Leuvenə əsəbiləşib.
Arda əsəblərinə hakim ola bilməyərək onun üzərinə hücum çəkib.
Klub əməkdaşları onu sakitləşdirə bilib.
Türkiyəli məşqçi oyundan sonra baş verənlərə belə aydınlıq gətirib: “Bəzi şeylər var ki, onlar olmamalıdır. Ailə və yaxınlarla bağlı deyilən bütün ifadələr yersizdir. Bunu heç kəs oyun zamanı emosiyalı olsa belə, dilə gətirməməlidir. Reaksiyam çox sərt idi. Amma bundan peşman deyiləm”.
Digər Xəbərlər
23 Oktyabr 2026 23:52
Ronaldo iki milyard dollar qazanan ilk idmançı oldu
23 Oktyabr 2026 20:32
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
23 Oktyabr 2026 19:17
“Heç vaxt cəhd etməkdən vaz keçmədim” - Messidən səmimi etiraf
23 Oktyabr 2026 18:55


Bakı -°C

