adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
09 Iyul 2020 15:10
45315
LAYİHƏ

Aşıq Bilal oğlu Aşıq Ağalar

Təbiətin oyanan çağında,havadan baharın asılıb qaldığı vədəsində, səhərin gözü açılar-açılmaz qarazurnanın şirin, şaqraq səsi Qəşəd kəndini başına götürdü. Kalvalı Əli kişininzurnasının səsiydi bu. "Cəngi" havasına oyanan kənd əhli səs gələn səmtə- Mirzə Bilalın dahrasına axışdı. O Mirzə Bilalın ki, Qəşəddə, cəmi Şirvandaçoxlarının evində, ocağında çalıb-çağırmış, toy-düyününü şadlandırmışdı. O MirzəBilalın ki, ilk oğul övladı dünyaya gəlmişdi və çiyin yoldaşı, sənət dostuKalvalı Əli Kərimovun gözaydınlığı, muştuluğu, əhdi idi bu səhər kəndi başınayığan "Cəngi".

Ad axtarmadılar bu uşağa, zatənadı doğulmamışdan qoyulmuşdu. Aşıq Bilal da, Əli Kərimov da əhd etmişdilər ki,hər ikisi yolunu gözlədikləri övladları oğlan doğularsa, həyatdan nakam getmişsənət dostları xanəndə Ağaların adını qoysunlar uşaqlara. Beləcə, 1913-cü ilinyazında bir Dədə sənətkarın ocağında sənətə, sənətkara hörmət, məhəbbət,ehtiram, etibar naminə Ağalar adını yaşadan bir oğul da doğuldu.

Böyüdü, sazla, sözlə havacatla.Əhli-hal arasında hal əhli kimi. Nəslinə, şəcərəsinə, irsinə sədaqət vəehtiramla böyüdü. Şirvan aşıq sənətinə və bu sənətin sultanı Aşıq Mirzə Bilalınadına layiq - aşıq Ağalar kimi yaşadı, yaratdı, tanındı.

Hərçənd, söz Şirvan aşığındandüşürsə, Şirvan aşıq mühiti və onun özəllikləri barədə qısaca xatırlatma verməkborcumdur. Şirvan torpağı nağılla, dastanla, bayatı, atalar sözləri, lətifələrləzəngindir. Bu folklorun ən geniş qolu, məxsusi yeri, özünəməxsus xüsusiyyətləriilə seçilən Şirvan aşıqlığıdır.Şirvan aşıqlığı zəngin bir məktəbdir. Bu məktəbinkökü xalq yaradıcılığına bağlıdır.

Şirvan folklorunun öyrənilməsivə nəşr işləri ilə ardıcıl məşğul olan f.e. doktoru, professor S.Qəniyev göstərmişdirki, Şirvan aşıq mühitinin regional özünəməxsusluq kəsb etməsində Şirvanşahlardövlətinin həlledici rolu olmuş, bu dövlətin sərhədləri daxilində mövcud olanŞirvan folklor mühitinin, Şirvan mədəni həyatının tərkib hissəsi, onun birparçası olmaqla yerli mədəni mühitin başqa layları ilə qarşılıqlı münasibətlərdəolmuşdur. (S.Qəniyev "Şirvan folklor mühiti", Bakı, 1999)

Professor M.Qasımlı özünün"Aşıq sənəti" (Bakı, 1996) monoqrafiyasında aşıq sənətinin genetikqaynaqları, tarixi yaranışı, təşəkkülü məsələlərini diqqətlə araşdırmışdır. Oxuvə çalğı üslubunda xanəndə tərzini qabarıq görüntülərlə əks etdirdiyinə görə,Şirvan mühitinin musiqi repertuarı ənənələri aşıq repertuarından xeyli fərqlənir.Bununla belə, Şirvan aşıqlarının musiqi repertuarında Azərbaycan aşıq sənətinəməxsus olan klassik saz havaları da mühüm yer tutur.

Şirvan aşıqlarının XV-XVIII əsrlərüzrə aşıq Dostu Şirvani, aşıq Saleh, aşıq Rüstəm, aşıq İbad, XIX və XX əsrin Iyarısı üzrə Baba Rəxsan, aşıq Mürsəl Babaş oğlu, aşıq Soltan, aşıq Qənimət,aşıq Cəlal, aşıq Daşdəmir, aşıq Zeynalabdin, aşıq Bilal, aşıq Şamil, aşıqAbbas, XX əsrin II yarısından sonrakı aşıq Pirməmməd, aşıq Ağalar, aşıq Əhməd,aşıq Şakir, aşıq Qurbanxan, aşıq Pənah, aşıq Bəylər, aşıq Məmmədağa, aşıqBarat, aşıq Xanmusa, aşıq Xanış, aşıq Şərbət, aşıq Rza, aşıq Mahmud, aşıqYanvar və başqalarının sənət irsi müəyyən qədər öyrənilmişdir və müasiraşıqlarımız üçün örnək, məktəbdir. Bu sənətkarların əldə olunan şeirlərindəyaşadıqları dövrün abhavası, yurdumuzun füsunkar gözəllikləri öz poetik ifadəsinitapa bilmişdir.

Keçən əsrin əvvəllərindənbaşlayaraq, Şirvan aşıq mühitinin zirvəsində taxt-tac qurmuş aşıq Bilal ənənəsimühitin bir çox ustad sənətkarı tərəfindən təbliğ olunmuş, qorunmuş və zənginləşmişdir.Aşıq Bilal öz ədəbi mövqeyinə görə aşıq poeziyasının ana xəttində özünə elə birmövqe seçib dayanmışdır ki, ondan sonra yetişən Şirvan sənətkarları DədəBilalın təsirindən kənarda qala bilməmişlər. Handa ki, bu sənətkar Dədə Bilalınöz ocağında yetişə, öz varisi, öz canı, öz qanı ola...

Beləcə, aşıq Bilaldan öyüdaldı, dərs aldı Ağalar. Elin ağsaqqalı (gənc yaşından), baş biləni, mirzəsi,şairi, aşığı, nə xoşbəxt ki, onun atasıydı, böyüyüydü. Ruzini el-oba tökürdübaşlarından. Məclislərdə yerləri yuxarı başdaydı. Günləri ah-zardan uzaq,toy-düyünlə, çal-çağırla keçirdi. Bəxtəvər idilər, bədnəzərə gəldilər, bəd dillərədüşdülər...

Qara eynəklilər, qaramaşınlarda bir gün dayandı doqqazlarında... Millət vəkili, professor Rafael Hüseynovdemişkən: - "Haqq aşığını öldürdülər.Haqqın işığını söndürdülər.Günahı oidi ki, aşıqdı.Günahı o idi ki, el-oba onu sevirdi.

Günahı o idi ki, bircə kəlmə"gəl" desəydi, camaat ardınca düşərdi..."

Qara günləri başladı Ağaların.Xoşbəxtliyi kimi təhsili də, aşıqlığı da yarımçıq qaldı. Hər şeylərini aldılar əllərindən,ancaq, qürurlarını itirmədilər. "Xalq düşməninin" oğlanlarının üçü dəfaşizmə qarşı döyüşdülər. Kişi kimi döyüşdülər. "Düşmən" damğasını,ləkənisildilər qanları, yaraları ilə adlarından...

Boğazından aldığı yara ilədöndü müharibədən Ağalar. Sanki namərd faşist bu boğazın, bu səsin onunçün,elobası üçün gərəkli olduğunu bilərəkdən qəsd etmişdi ona. Bir müddət məyusoldu. Əlinə saz almağa, oxumağa, aşıb-daşan sənət eşqini hayqırmağa qorxdu.Ancaq, qohum-qardaş, dost-tanış, bu soyun idiminə bələd olan hər kəs: - oxu, -dedi, ürək-dirək verdi ona. Bu bulaq qurumamalıdı, bu çeşmə korşalmamalıdı.

Oxudu. Məclislərə çıxdı.Boy-buxunu da, şəsti də, məclisdə meydangirliyi də eyzən Bilal idi. Şirin-şirinnağıl, dastan söyləməsi, deyişməsi də bənzəyirdi, səsi də... ancaq bir az pəsdən,bir az bəm. Yarası imkan vermirdi. Qara günləri arxada qoyub qalxmağı bacardıAğalar. Böyük oğul ailəni başına yığdı, dolandırdı. Sazı da əlinə alıb çaldı,çağırdı, yazdı, yaratdı atası kimi...

Görən neyləmişdim çərxi-fələyə,

Gəlmədi axırım, əzəlim mənim.

Bir kəsin bağına daş atmamışam,

Anadan pak olub əməlim mənim...

Yeddi arxam ilə ucadır adım,

Xəlilli nəslidir əslim,soyadım,

Atam Bilal olub mənim ustadım,

Ağalar, qoy bilsin hər elim mənim.

Bəli, beləcə aşıq Ağalar artıq50-ci illərdə böyük sənətkarlar yetişdirən Şirvan aşıq mühitinin gerçəkustadına çevrildi. 300-dən çox şeiri, 4 dastan-rəvayəti və qəlb titrədən avazıilə yaddaşlara hopdu.

Yaradıcılığını nəzərdən keçirərkənklassik aşıq poeziyasının ənənələrinə sadiq qalan aşıq Ağaların şeirlərininjanr və üslub əlvanlığı diqqət çəkir. Bu baxımdan onun gəraylı və qoşmalarıdaha səciyyəvidir.

(ardı növbəti sayımızda)

Yaqut Bahadurqızı,

Filologiya üzrə fəlsəfə doktoru

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.