Aslı Ənvərdən xəbər var: Toyundan 1 həftə sonra...

Xəbər verdiyimiz kimi, türkiyəli aktrisa Aslı Ənvər sevgilisi, iş adamı Berkin Gökbudak ilə noyabrın 12-də ailə qurub.
Aktrisa bu barədə sosial media hesabında paylaşım etdi. O, nikahdan olan fotoları sosial media hesabında yayımlayaraq "Hə!" deyə, yazmışdı.
Bir müddət əvvəl tanış olan münasibətlərini hər kəsdən gizli saxlayan cütlükdən yeni xəbər var.
Adalet.az HaberTürk.com-a istinadən xəbər verir ki, ikilidən daha bir şad xəbər gəldi. Ənvər hamilə olduğunu nikah masasına oturandan bir həftə sonra öyrənib.
Qeyd edək ki, Aslı Ənvər 5 ay eşq yaşadığı iş adamı Önder Öztarhanla ayrıldı . Evlənəcəyi deyilən cütlüyün qəfil ayrılığı gündəm oldu. Halbuki, Aslı Enver bu yaxınlarda Ortaköydəki bir məkanda Önder Öztarhan və gələcək qayınanası ilə nahar edib. Məkandan çıxarkən onu gözləyən mətbuat mənsubları ilə söhbət edən Ənvər münasibətləri haqda "Hər şey yaxşıdır. Gördüyünüz kimi münasibətlərimiz çox yaxşı gedir", demişdi. Cütlüyün ayrılma səbəbini Aslı açıqladı: "Vaxt vacib şeydir. Biri-birimizə zaman ayıra bilmədik".
Sevgililərini tez-tez dəyişməsi ilə hər zaman gündəmdə olan gözəl aktrisa 13 iyul 2012-ci ildə aktyor Birkan Sokullu ilə evləndi. 27 avqust 2015-ci ildə boşandığını elan edib.
Əntiqə Rəşid
Digər Xəbərlər

Hindistanlı aktrisa 2 min dollar cərimələndi

Əməkdar artist: “Məni bığlı-saqqalı yekə əmilər də dinləyib”

Əməkdar artist Qorxmaz Əlilicanzadə: ““Maşın şou” şou deyil…”

Meyxanaçı: “Yaşlı nəsil üçün indiki toylar maraqsızdır”

Azərbaycan "İnterviziya" müsabiqəsində iştirakdan imtina edib

Namiq Qaraçuxurlu: “…cammatı narahat etmək istəmirəm”

Faiq Ağayevlə Zümrüd Bədəlova arasında GƏRGİNLİK - "Bir il mənə zəng etmə" - VİDEO
