Bakıda 54 yaşlı kişi 16 yaşlı qonşusunu iplə boğaraq öldürüb - TƏFƏRRÜAT - YENİLƏNİB
Bakıda 16 yaşlı yeniyetmənin qətlinin bəzi təfərrüatları məlum olub.
Adalet.az bildirir ki, qətl Bilgəh qəsəbəsində qeydə alınıb.
Belə ki, qəsəbə sakini Bikəxanım Şeydabəyova onunla eyni evdə yaşayan oğlu 2006-cı il təvəllüdlü Hüseynağa Şeydabəyovun itkin düşməsi ilə bağlı polisə müraciət edib. Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsində 16 yaşlı yeniyetmənin itkin düşməsi faktı ilə bağlı araşdırmalara başlanılıb.
Araşdırmalarla məlum olub ki, Hüseynağa Şeydabəyov qonşusu Babək Quliyev tərəfindən qətlə yetirilib. Buna səbəb isə 16 yaşlı yeniyetmənin qonşusu Babək Quliyevin qızına sataşması olub. Buna görə qəzəblənən Babək Quliyev 16 yaşlı yeniyetməni evinə salaraq döyüb, ona ağır xəsarətlər yetirib. Hirsi soyumayan Babək Quliyev Hüseynağa Şeydabəyovu iplə boğaraq qətlə yetirib. Daha sonra Babək Quliyev Hüseynağa Şeydabəyovun meyitini həyətində gizlədib.
Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin üstü açılıb və Babək Quliyev saxlanılıb.
***
Bakıda itkin düşən yeniyetmənin meyiti aşkar edilib.
Adalet.az xəbər verir ki, lent.az-ın əldə etdiyi məlumata görə, hadisə sentyabrın 7-də Qaradağ rayonu Lökbatan qəsəbəsində baş verib. 16 yaşlı Şeydabəyov Hüseynbala İlqar oğlunun meyiti qəsəbə ərazisindəki məzarlıqdan tapılıb. Meyit isə bu gün, yəni sentyabrın 10-da aşkar edilib.
Əldə etdiyimiz məlumata görə, yeniyetmə oğlanı 13 yaşlı sevgilisinin atası öldürüb. Belə ki, qızın atası Lökbatandakı qəbiristanlıqda Hüseynbalanı iplə boğaraq öldürüb, daha sonra onu həmin ərazidə basdırıb.
Qeyd edək ki, H.Şeydabəyovun itkin düşməsi barədə xəbər vermişdik.
Hazırda faktla bağlı araşdırma aparılır.
Digər Xəbərlər
11 Dekabr 2025 12:45
İrandan Azərbaycana PUA ilə narkotik keçirmək istədi - FOTO
11 Dekabr 2025 10:09
Cinayətdə şübhəli bilinən 35 nəfər saxlanıldı
10 Dekabr 2025 15:01
DTX xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə ağır cinayətlər törətmiş şəxslərİ saxladı - VİDEO
10 Dekabr 2025 10:28
Tərtərdə narkotik satan şəxs həbs edildi
10 Dekabr 2025 09:31
Beynəlxalq axtarışda olan şəxs Almaniyada tutularaq Azərbaycana gətirildi
09 Dekabr 2025 16:00
İrandan Azərbaycana külli miqdarda narkotik keçirmək istədi
09 Dekabr 2025 10:21
Cinayətdə şübhəli bilinən 25 nəfər saxlanıldı
08 Dekabr 2025 16:07


Bakı -°C

