10 Aprel 2025 10:20
506
İDMAN

Avropa Liqası: "Yunayted" "Lion", "Ayntraxt" "Tottenhem" səfərində

Bu gün Avropa Liqasında 1/4 final mərhələsi başlayacaq.

Adalet.az xəbər verir ki, ilk oyunların hamısı eyni gündə keçiriləcək.

"Mançester Yunayted" Fransada "Lion"un qonağı olacaq. 

"Tottenhem" Londonda "Ayntraxt"ı qəbul edəcək.

"Latsio" səfərdə "Budo Qlimt"lə qarşılaşacaq.

"Atletik" isə "Reyncers"lə üz-üzə gələcək.

1/4 finalın cavab oyunları aprelin 17-də keçiriləcək.

Avropa Liqası, 1/4 final, ilk oyunlar

10 aprel

20:45. “Budo Qlimt” (Norveç) - “Latsio” (İtaliya)

23:00. “Lion” (Fransa) - “Mançester Yunayted” (İngiltərə)

23:00. “Tottenhem” (İngiltərə) - “Ayntraxt” (Almaniya)

23:00. “Reyncers” (Şotlandiya) - “Atletik” (İspaniya)