Polşa rus qazına sanksiya qoyulmasını, Slavakiya isə əksini tələb edir...
Polşa Rusiyadan təbii sıxılmış qazın və nüvə texnologiyasının alınmasına qarşı sanksiya tədbiq olunmasını tələb edir. Slovakiya isə əksinə, Ukraynadan, ərazisindən tranzit xətlə ötürülən qaz axınının dayandırılmamasını tələb edir və əgər Kiyev buna gedərsə, Ukraynaya verilən elektrik enerjisinin kəciləcəyi ilə hədələyir.
Serbiyanın prezidenti Aleksandr Vuçiç bəyan edib ki, Almaniya iqtisadiyyatını qorumaq məqsədiylə, tezliklə "Şimal axını" xəttini bərpa edəcək.
Polşa və Avrokomissiya Rusiya qazına qarşı yeni sanksiyalar hazırlayır
Xəbər verildiyi kimi, Polşa Avropa İttifaqına sədrlik edəcəyi dövrdən maksimum istifadə edərək, Rusiyanın enerjidaşıyıcılarının idxalına mane olmaq məqsədiylə bu sahədə Moskvaya çətinliklər yaratmaq niyyətindədir. Bildirilir ki, Avropa İttifaqı dövlətləri, Rusiya-Ukrayna müharibəsi başlayan gündən -22 fevral 2022-ci ildən- indiyədək, ümumilikdə 208.7 milyard dollar vəsait xərcləyib. Bu kifayət qədər böyük rəqəmlərdir.
Avropa İttifaqının enerji blokuna rəhbərlik edən, Danimarkanın keçmiş naziri Dan Yorgensen söz verib ki, tezliklə Rusiya qazından asılılığı tədricən azaltmaq üçün "yol xəritəsi" hazırlanacaq. "Yol xəritəsində" həm Rusiyanın təbii sıxılmış qazı, həm də nüvə yanacağı ilə bağlı məhdudiyyətlər qoyulması nəzərdə tutulacaq.
Serbiyanın prezidenti Aleksandr Vuçiç alman jurnalistlətinə verdiyi müsahibəsində bildirib ki, "Mənim proqnozlarıma görə, terror aktı nəticəsində sıradan çıxarıkan "Şimal axını" kəməri bir ildən də az müddətə amerikan investorlarının nəzarətinə keçəcək və Almaniya Rusiyadan gələn təbii qazı bu kəmər vasitəsiylə alacaq: "Mənim "Şimal axını" kəmərinin işə salınmasından bir il əvvəl dediyim bu sözlərimi yadda saxlayın".
Xorvatiya özünün "Donald Trampını" prezident seçmək istəyir
Xorvatiya bu gün yeni prazident seçir. Sorğuların nəticələrinə görə, hazlrki dövlət başçısı, "xorvatiyalı Donald Tramp"- Zoran Milanoviç bu seçkilərdə favorit sayılır. Ultramilliyətçi populizm ideyalarının daşlyıcısı olan Milanoviçin hazırki reytinqi 39 faiz təşkil edir. Onun rəqibi, hakim Xristisn Demokratik İttifaqının lideri, baş nazir Draqan Primoratsın reytinqi 24 faizə bərabərdir.
Milaniviç Ukraynaya hərbi dəstək göstərilməsinin əleyhinədir və Rusiyaya qarşı sanksiyaların tədbiq olunmadına qarşı çıxır. O, bu lin oktyabr ayında Xorvatiya hərbiçilərinin NATO tərkibindəUkraynaya dəstək missiyasında iştirak etməsinə qadağa qoymuşdu.
Göründüyü kimi, Avropa İttifaqlna üzv dövlətlərdə hazırda vəziyyət heç də ürək açan deyil. Hər kəs öz başının hayındadır. Bir sözlə vəziyyər yenə "ruscadır".