Azərbaycan “Azab” kamikadze dronları alacaq? - Hərbi ekspert danışdı
Xəbər verdiyimiz kimi Türkiyə yeni istehsal etdiyi “Azab” adlı pilotsuz uçuş aparatını ictimaiyyətə təqdim etdi.
Bəs görən gələcəkdə “Azab”dan Azərbaycan Ordusunun arsenalında istifadə edilə bilərmi?
Adalet.az-ın sualını cavablandıran hərbi ekspert Azad İsazadə istehsal edilən müasir silahlarla dövlətimizin maraqlandığını bildirdi:
“Azab”dan bizim ordunun istifadə edəcəyini demək tezdir. Çünki hansısa təzə silah istehsal edilirsə, onun qarşısını almaq üçün radioelektron cihaz da hazırlanır. “Bayraktar”ları Ukraynada geniş istifadə edirlər. Amma Qarabağda və Liviyada o effekti vermir. Çünki Rusiya radioelektron müdafiəsini elə qurub ki, “Bayraktar”lara qarşı istifadə edir. Rusiyanın İrandan aldığı kamikadze dronlarını ukraynalılar çox müvəffəqiyyətlə vura bilir. Amma bu əvvəl problem idi. Yəqin ki, biz də yeni dronlardan alıb istifadə edib yoxlaya bilərik. Bununla yanaşı, Azərbaycan özü də İsraillə birgə layihəsi çərçivəsində kamikadze istehsal edir. Biz Türkiyə silahlarından geniş istifadə edirik. Onsuz da silah üzərində daimi iş gedir”.
Qeyd edək ki, “Azab” adlanan PUA-nın iki növü mövcuddur. Döyüş başlıqları dəyişdirilə bilən kamikadze PUA-sının yük daşıma özəlliyi var. “Azab-200” 15 kiloqrama qədər, “Azab-150″ isə 3 kiloqram faydalı yük daşıya bilir.
Vasif Əlihüseyn
Digər Xəbərlər
09 Sentyabr 2026 06:39
“WhatsApp” bu telefonlarda artıq işləməyəcək
08 Sentyabr 2026 11:25
“Bakcell” “Peerstack Academy” tələbələri üçün hakaton keçirdi - FOTOLAR
08 Sentyabr 2026 07:02
Süni intellekt bu peşəni sərt şəkildə vurdu: 40 min gənc bir gecədə işsiz qaldı
04 Sentyabr 2026 11:12
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
01 Sentyabr 2026 08:27
Videoya baxmasalar da, “izlənmə” gələcək - Yutubda yeni dövr
30 Avqust 2026 15:10
"Telegram"dan bloklamalara qarşı yeni addım
29 Avqust 2026 09:00
İlk qatlanan “iPhone” təqdim ediləcək - Tarix açıqlandı
28 Avqust 2026 15:31


Bakı -°C

