Azərbaycan bunu bir günə həll edə bilər - Prezident açıqladı
Azərbaycanda çox mühüm siyasi və iqtisadi sabitlik mövcuddur. Artıq Azərbaycanda 30 ildən çoxdur ki, bu istiqamətdə mühüm proseslər gedir.
Adalet.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev onun himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi" mövzusuna dair tədbirdə bildirib.
Prezident bildirib ki, 90-cı illərdə, xüsusilə 90-cı illərin əvvəllərində, ərazimizin böyük bir hissəsi işğal altında idi və təxminən bir milyona yaxın qaçqın və məcburi köçkünümüz var idi:
"Bu da ölkənin sosial-iqtisadi vəziyyətinə ciddi təsir göstərirdi. Amma bu gün Azərbaycanın siyasi və iqtisadi vəziyyəti çox mühüm amildir. Digər mühüm amil isə bizim maliyyə imkanlarımızın çox güclü olmasıdır. Artıq xarici borcumuz çox aşağı səviyyədədir. Biz onu bir gündə sıfırlaya bilərik".
Digər Xəbərlər
26 Sentyabr 2026 10:11
Nazir bunu BMT kürsüsündən bəyan etdi
26 Sentyabr 2026 10:09
İlham Əliyev beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + VİDEO
26 Sentyabr 2026 10:04
İlham Əliyev saxta xəbərlərlə bağlı investorlara çağırış etdi
26 Sentyabr 2026 10:00


Bakı -°C

