Azərbaycan dilinin mövcud vəziyyəti və perspektivlərinə həsr olunan konfrans keçirilir - YENİLƏNİB
Milli Məclisdə "Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər" adlı konfrans keçirilir.
Adalet.az-ın məlumatına görə, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən konfransda elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Prezidenti akademik İsa Həbibbəyli, AMEA Dilçilik İnstitunun direktoru professor Nadir Məmmədli, Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar Rzayev, Audivizual Şuranın sədri İsmət Səttarov, eləcə də deputatlar, həmçinin dilçilik sahəsi üzrə ailmlər, ictimai xadimlər iştirak edirlər.
Konfransda Prezident İlham Əliyevin Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında Azərbaycan dili, terminologiya və toponimiya ilə əlaqədar irəli sürdüyü tələblər və vəzifələrə dair müzakirələrin edilməsi nəzərdə tutulur.
***
10:40
Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən konfrans keçirilir.
Adalet.az xəbər verir ki, konfransda elm və təhsil naziri Emin Əmrullayev, AMEA-nın Prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Rzayev, Audiovizual Şuranın sədri İsmət Səttarov, deputatlar və digər rəsmilər iştirak edir.
Digər Xəbərlər
19 Iyun 2026 19:56
“Eqoist düşüncə tərzi insanlara heç nə vermir...”
19 Iyun 2026 17:09
Beynəlxalq tədbirlər yeni regional reallığın, dayanıqlı sülhün və birgə əməkdaşlığın təşviqinə xidmət edir
19 Iyun 2026 16:35
IsDB Bakıdakı toplantılarında 6 milyard dollarlıq sazişlər imzalayıb
19 Iyun 2026 15:42
Məhəmməd Əl-Casir Azərbaycan Prezidentinə təşəkkür edib
19 Iyun 2026 13:41
Lissabonda səfirliyimiz təsis ediləcək - Sərəncam
19 Iyun 2026 13:26
İlham Əliyev: Əziz Əliyev dağıstanlıların deportasiyaya məruz qalmaması üçün çox iş görüb
19 Iyun 2026 12:37
“İranın nüvədən imtina etməsi əslində İsrailə sərf etmir...”
19 Iyun 2026 12:32


Bakı -°C

