Azərbaycan güləşçisi Budapeştdə qızıl medal QAZANDI
Azərbaycanın yunan-Roma güləşçisi Elmin Əliyev Budapeştdə Macarıstanın tanınmış güləş məşqçisi İmre Baracsinin xatirəsinə həsr olunan beynəlxalq turnirdə qızıl medal qazanıb.
Adalet.az xəbər verir ki, məlumatı Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti yayıb.
U-17 Avropa çempionatının bürünc mükafatçısı olan Əliyev 82 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Ənənəvi yarışda U-20 yaş qrupu üzrə millinin bir neçə üzvü də iştirak edib. Məşqçi Emin Əhmədovun rəhbərliyi altında mübarizə aparan Kamran Rəcəbli (72 kq), Cavad Məmmədov (77 kq) və Məzaim Mərdanov (130 kq) Memorialda mükafat qazana bilməyiblər.
Yarış bitdikdən dərhal sonra güləşçilərimiz Macarıstanın Tata şəhərinə yollanıblar. Belə ki, onlar mayın 2-dək bu şəhərdə bir neçə komandanın iştirakı ilə keçiriləcək təlim-məşq toplanışına qatılıblar.
Digər Xəbərlər
15 Aprel 2026 15:11
Bu nə siyasətdi… - Kamil Əhməd yazır
15 Aprel 2026 12:28
"Qarabağ" yenə cərimələndi
15 Aprel 2026 09:43
Çempionlar Liqası: "Real" "Bavariya"ya qarşı
15 Aprel 2026 09:21
Çempionlar Liqasında ilk yarımfinalçılar müəyyənləşdi
14 Aprel 2026 21:00
Yaşıl meydanların ən güclü qolkiperləri bəlli oldu - SİYAHI
14 Aprel 2026 19:35
Güləşçilərimizin Avropa çempionatı üçün heyəti açıqlandı
14 Aprel 2026 11:20
"Qəbələ" Prins Ovusu ilə yeni müqavilə imzaladı
13 Aprel 2026 09:36


Bakı -°C

