Azərbaycan İncəsənət Məktəbi “Aktyorluğu öyrən” layihəsinə start verir
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi – Metodiki və İxtisasartırma Mərkəzi və Azərbaycan İncəsənət Məktəbi “Aktyorluğu öyrən” layihəsinə start verir.
Adalet.az xəbər verir ki, layihənin əsas məqsədi azyaşlı, yeniyetmə və gənclərin teatr və kino sənətinə marağını artırmaqla onlarda bədii istedadın və zövqün formalaşdırlması, həmçinin yuxarıda adıçəkilən ixtisasların ibtidai əsaslarının tədris edilməsidir.
Doqquz aylıq proqram çərçivəsində dərslər peşəkar pedaqoqlar tərəfindən həftədə iki dəfə, iki dərs saatı tədris olunacaq.
Tədris prosesi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin tərtib etdiyi proqram əsasında həyata keçiriləcək. Proqrama tələbələrin peşəkar teatr və kino prosesində təcrübə toplaması və tanınmış sənətçilər tərəfindən ustad dərsləri daxildir.
Proqramı uğurla mənimsəyən tələbələr sertifikat və diplomla təltif ediləcəklər.
Digər Xəbərlər
25 Sentyabr 2026 09:00
AZƏRBAYCAN DÜNYAYA NÜMUNƏDİR
21 Sentyabr 2026 11:16
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
18 Sentyabr 2026 09:00
DÜNYANIN ƏN GÖZƏL YURDU: KƏLBƏCƏR!
11 Sentyabr 2026 09:00
DÜNYAYA İNTEQRASİYA OLUNMAQ ASAN MƏSƏLƏ DEYİL
09 Sentyabr 2026 16:00
"I Bakı Türkoloji Qurultayı arxiv sənədlərində”: Azərbaycan Türk Ocağı yeni kitab hazırlayıb
04 Sentyabr 2026 09:00
QUBA TANINMAZ DƏRƏCƏDƏ GÖZƏLLƏŞİB
01 Sentyabr 2026 10:32
BAKIDA BORÇALI AŞIQLARININ KONSERTİ OLACAQ
31 Avqust 2026 12:32


Bakı -°C

