Azərbaycan nümayəndə heyəti ATƏT-in insan ölçüsü üzrə birinci əlavə görüşündə
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti 13-14 mart 2023-cü il tarixlərində Vyana şəhərində ATƏT-in Şimali Makedoniya Sədrliyi və Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu tərəfindən “Media plüralizmi hərtərəfli təhlükəsizliyin əsas təməllərindən biri kimi” mövzusunda keçirilən ATƏT-in insan ölçüsü üzrə birinci əlavə görüşündə iştirak edir.
Adalet.az xəbər verir ki, görüşün gündəliyinə uyğun olaraq, “Media azadlığı olmadan hərtərəfli təhlükəsizlik niyə ola bilməz?”, “Media azadlığının ATƏT-in üç ölçüsünə təsiri” və “Media plüralizmi demokratiyanın əsas təməllərindən biri kimi” mövzuları üzrə müzakirələr aparılır.
“Media azadlığı olmadan hərtərəfli təhlükəsizlik niyə ola bilməz?” mövzusunda keçirilən sessiyada nümayəndə heyəti tərəfindən media azadlığının insan hüquq və azadlıqları, həmçinin qlobal təhlükəsizliyin qorunmasında, ədalətli və sülhsevər cəmiyyətlərin təşviqində mühüm rol oynadığı qeyd edilib, müasir dövrün təhlükəsizlik çağırışlarının müxtəlif aspektlərinə toxunulub, münaqişə zamanı gərginliyin azaldılması və sülhün təşviqində medianın mühüm rol oynamaq imkanının olduğu, lakin etibarlılığın təmin edilməsi üçün medianın dəqiqlik, şəffaflıq və qərəzsizlik prinsiplərinə riayət etməsinin vacibliyi vurğulanıb.
Ölkəmizdə jurnalistlərin peşəkarlığının və cəmiyyətin media savadlılığının artırılması, jurnalistlərin doğru informasiya əldə etmək hüququnun təmin edilməsi, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətlərində görülən işlər qeyd olunub.
Tədbirdə Ermənistanın jurnalistlərin təhlükəsizliyi mövzusu çərçivəsində ölkəmizə qarşı yönəlmiş əsassız iddiaları Azərbaycan nümayəndə heyəti tərəfindən cavablandırılıb, ittihamların reallığa uyğun olmadığı bildirilərək, Ermənistan tərəfinin jurnalistlərin təhlükəsizliyi ilə bağlı beynəlxalq hüquq sahəsində yol verdiyi pozuntular, o cümlədən Vətən müharibəsi dövründə beynəlxalq jurnalistlərə qarşı apardığı qarayaxma kampaniyaları barədə iştirakçılara məlumat verilib, azad edilmiş ərazilərimizdə yerləşdirilmiş minaların partlaması nəticəsində jurnalistlərin həyatını itirməsi ilə bağlı həqiqətlər diqqətə çatdırılıb.
Digər Xəbərlər
08 Sentyabr 2026 13:32
I Bakı Türkoloji Qurultayı və Milli Mətbuatın 50 illik yubileyi - Faktlar
04 Sentyabr 2026 09:46
“Azərsun Holdinq” jurnalistlər üçün təlim keçirdi
03 Sentyabr 2026 20:28
Azərbaycana qarşı dezinformasiya kampaniyası aparılır - MEDİA
31 Avqust 2026 20:12
“Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib” - MEDİA
29 Avqust 2026 20:58
Bütün media subyektləri qanunvericiliyin tələblərinə əməl etməlidir! - BƏYANAT
22 Avqust 2026 12:29
MEDİA Nuraninin vəfatı ilə bağlı başsağlığı verdi
21 Avqust 2026 15:30
Respondentlərin 88%-dən çoxu həmin qadağanı dəstəkləyir - Sorğu
18 Avqust 2026 11:55


Bakı -°C

