Azərbaycan Prezidenti: “Tarixi və mədəni irsimiz işğal dövründə ermənilər tərəfindən məhv edilib”
“Bizim tarixi və mədəni irsimiz işğal dövründə ermənilər tərəfindən məhv edilib. İşğaldan azad olunmuş ərazilərə səfər edənlər bu vəhşiliyin miqyasını öz gözləri ilə görürlər”.
Adalet.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxışı zamanı deyib.
Dövlətimizin başçısı bildirib ki, on minlərlə insan azad olunmuş ərazilərə səfər edib. Onların arasında xarici siyasətçilər, parlamentlərin sədrləri və üzvləri, ekspertlər və sadə vətəndaşlar da var.
“Məscidlərimizin təhqir olunmasını, mədəni abidələrimizə qarşı törədilən vəhşilikləri hamı görüb. Təəssüf ki, ermənilərin bu vəhşiliklərinə qarşı etinasızlıq nümayiş etdirilib”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Digər Xəbərlər
15 Sentyabr 2026 15:35
Ərdoğan Azərbaycanı təbrik edib
15 Sentyabr 2026 15:25
Suriyada əş-Şaraa hökumətinə qarşı etirazlar başlayır - Politoloq
15 Sentyabr 2026 14:52
“Hakan Fidanın bu səfəri xüsusi rəmzi məna daşıyır”
15 Sentyabr 2026 14:48


Bakı -°C

