Azərbaycan qarşıya qoyulan inkişaf yolundadır
Deputat Vüqar İskəndərov açıqlamasında bu məsələdə itirən tərəfin AŞPA olduğunu qeyd etdi:
“1949-cu ildə Londonda yaradılmış və imzalanmış Avropa Şurasının nizamnaməsində göstərilən ədalətə və beynəlxalq əməkdaşlığa əsaslanmış sülhün möhkəmləndirilməsinin insan cəmiyyətinin və sivilizasiyanın qorunması üçün həyati əhəmiyyət daşıdığına inanaraq, xalqların ümumi sərvəti və hər hansı həqiqi demokratiyanın əsaslarını təşkil edən şəxsiyyət azadlığı, siyasi azadlıq və qanunun aliliyi prinsiplərinin əsl mənbəyi olan mənəvi və əxlaqi dəyərlərə öz bağlılıqlarını yenidən təsdiq edərək, iqtisadi və sosial tərəqqinin maraqları baxımından həmin idealların qorunması və bundan sonra da həyata keçirilməsi üçün bu fikirlərə şərik bütün Avropa ölkələrinin daha sıx birliyinə ehtiyac duyulduğuna əmin olaraq və digər dəyərlərə söykənərək təşkilatın nizamnaməsi təsdiq olunub”.
Deputat dedi ki, bir müddət təşkilat bu xoş səslənən sözlərə uyğun fəaliyyət göstərsə də sonradan nizamnaməsindən kənar fəaliyyət göstərməyə başladı: “AŞ PA-ya 2001-ci ildə qoşulanda o vaxtkı işğala məruz qalmağımızla bağlı problemləri beynəlxalq hüquqla həll edə biləcəyimizə böyük ümidimiz var idi. Təəssüflər olsun ki, ikili standartlar, selektiv yanaşmalar, avropalı ”dostlarımızın” iliyinə, qanına necə işləyibsə işğala məruz qalanı kənara qoyub, uzun illər işğal edənə “dayılıq” etdilər. 2020-ci ildə Vətən müharibəsindəki qələbəmiz və 2023-cü ildəki antiterror əməliyyatı isə bütün maskaları yırtdı. Təşkilat açıq aydın ölkəmizi niyə suverenliyinizi bərpa etmisiz deyə ittiham etməyə başladılar. AŞ PA ötən il yanvarın 24-də Azərbaycan nümayəndə heyətinin 2025-ci ilin yanvar sessiyasına qədər səsvermə hüququndan məhrum edilməsinə dair qətnamə qəbul edib. Bu ədalətsizliyin ən pik nöqtəsidir, dəyərləri saymamaqdır, kimlərinsə, marijinal qrupların maraqlarına xidmətdir. Rəsmi Bakı şərtlərini ortaya qoyub: Azərbaycan nümayəndə heyətinin mandatı bərpa edilməlidir. AŞ PA bilməlidir ki, o itirib ,Azərbaycan yox. Biz öz inkişaf yolumuzdayıq. Avropa tənəzzül qarşısındadır, bütün sahələrdə, müsəlman dünyasının ən müasir və unikal dövlətini “qoca” Avropa itirir. Azərbaycan Avropa Şurasınında və onun institutial orqanlarındakı fəaliyyətinə yenidən baxmaq hüququnu özündə saxlayır. Avropa Şurası Avropa İttifaqına nümunə ola bilər, olacaqmı? Düşünsünlər, biz demokratik, sivil yolla inkişafa hədəfli yoldayıq, uğurla gedirik.
Digər Xəbərlər
14 Dekabr 2025 10:45
Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı əsl xilaskarlıq missiyası idi
14 Dekabr 2025 09:37
Ceyhun Bayramov pakistanlı həmkarı ilə müzakirə apardı
13 Dekabr 2025 18:40
"Zəngəzur dəhlizi eyni anda bir neçə strateji marşrutu birləşdirir" - Elçin Əmirbəyov
13 Dekabr 2025 10:00
Əliyevin liderliyi ilə çox vacib addımlar atılır - Türkiyə XİN
12 Dekabr 2025 15:09
Azərbaycan və Türkiyə qarşılıqlı hərbi təhlükəsizliyi möhkəmləndirəcək
12 Dekabr 2025 15:07
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı
12 Dekabr 2025 14:39
MSK yenidən formalaşdırılacaq? - Məzahir Pənahovdan açıqlama
12 Dekabr 2025 12:35


Bakı -°C

