Azərbaycan Universiteti beynəlxalq əlaqələrini genişləndirməyə davam edir - FOTO
Azərbaycan Universiteti beynəlxalq əməkdaşlıq əlaqələrini genişləndirməyə və dərinləşdirməyə davam edir. Universitet son illərdə Özbəkistanın ali təhsil müəssisələri ilə də əməkdaşlıq müqavilələri imzalayır, birgə elmi tədbir və layihələr həyata keçirir.
Bu çərçivədə qardaş ölkənin daha bir ali təhsil müəssisəsi ilə əməkdaşlıq istiqamətində ilk addımlar atılıb. Belə ki, Özbəkistanın İctimai və Siyasi Fənlər İnstitutunun rektoru Muzafar Mamayusupovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Universitetini ziyarət edib. Qonaqlar universitetin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva ilə görüşüb, universitetin tədris binası, maddi-texniki bazası, auditoriya, mərkəz və laboratoriyaları ilə tanış olublar.
Tərəflər arasında keçirilən, ümumi işlər üzrə prorektor Vüsal Əliyevin də iştirak etdiyi görüşdə rektor Səadət Əliyeva nümayəndə heyətinə rəhbərlik etdiyi təhsil müəssisəsi barədə ətraflı məlumat verib, təhsil, tədqiqat, infrastruktur, beynəlxalq əlaqələr və əməkdaşlıq ilə bağlı hədəflərini açıqlayıb.
Mümkün əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsinin də aparıldığı görüşün sonunda Anlaşma Memorandumu imzalanıb. Sənədi rektorlar Səadət Əliyeva və Muzafar Mamayusupov imzalayıb. Memorandumda qarşılıqlı maraq doğuran məsələlər öz əksini tapıb.
Digər Xəbərlər
30 Dekabr 2025 21:30
Deputat müəllim kimi işləməyə BAŞLADI
30 Dekabr 2025 21:03
Elmi dərəcə və elmi ad almış 66 iddiaçıya diplom və attestatlar verildi
30 Dekabr 2025 13:21
Bu il 3416 müəllim MİQ-də qazanaraq işlə təmin olunub
30 Dekabr 2025 13:07
Azad olunmuş ərazilərdə 21 ümumi təhsil müəssisəsi tikilib
27 Dekabr 2025 13:05
LDU-da “Yeni il karnavalı” - FOTOLAR
25 Dekabr 2025 17:37
Müəllimlərin NƏZƏRİNƏ: sertifikasiya imtahanının mövzu və sualları məlum oldu
25 Dekabr 2025 12:17
Bakıda fərdi təhsil alan şagirdlərin sayı açıqlandı
24 Dekabr 2025 10:21


Bakı -°C

