Azərbaycan və İsrail XİN-ləri arasında məsləhətləşmələr keçirilib
Azərbaycan və İsrail Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmələr keçirilib.
Adalet.az xəbər verir ki, bu barədə İsrail XİN-də siyasi məsələlər üzrə direktor Aliza Bin Noun "X" hesabında bildirib.
"Azərbaycan XİN-də xarici işlər nazirinin müavini Fariz Rzayev ilə səmərəli nazirliklərarası məsləhətləşmələr apardıq. Güclü ikitərəfli münasibətlərimiz diqqətlə təhlil olundu və onların davamlı inkişafı üçün yollar axtarıldı. Biz həmçinin Yaxın Şərq və Qafqazda inkişaf edən dinamikaya toxunduq. Səmimi qəbula və zəngin fikir mübadiləsinə görə minnətdarıq", - İsrail diplomatı bildirib.
Digər Xəbərlər
19 May 2024 20:28
"Bütün lazımi dəstəyi verməyə hazırıq" - Azərbaycan XİN
19 May 2024 18:38“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilib - YENİLƏNİB
19 May 2024 18:06İlham Əliyev sərhəddə İran Prezidenti ilə görüşdü - YENİLƏNİB + FOTOLAR
19 May 2024 17:50"Qarabağın Azərbaycanın ərazisi olduğunu açıq şəkildə bildirən ilk ölkələrdən biri olmuşuq" - Rəisi
19 May 2024 16:35