Azərbaycan və Pakistan HDQ komandanları görüşdülər - VİDEO
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı 1-ci dərəcəli kapitan Şahin Məmmədov ilə ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının HDQ komandanı admiral Navid Əşrəf arasında görüş keçirilib.
Müdafiə Nazirliyindən Adalet.az-a bildirilib ki, rəsmi qarşılanma mərasimində HDQ komandanları fəxri qarovul dəstəsinin önündən keçiblər. Hər iki ölkənin Dövlət himnləri səsləndirilib.
Pakistan nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılan abidəsi önünə gül dəstələri qoyaraq xatirəsinə ehtiram nümayiş etdirib.
Görüş zamanı Azərbaycan və Pakistan HDQ-lərinin qarşılıqlı əlaqələrinin inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb, döyüş gəmilərinin heyətləri arasında təcrübə mübadiləsinin aparılmasının əhəmiyyəti vurğulanıb və bir sıra digər məsələlər müzakirə olunub.
Daha sonra HDQ bazasını ziyarət edən pakistanlı qonaqlar üçün təşkil edilmiş brifinqdə Azərbaycan HDQ-sinin strukturu, əməliyyat imkanları, Xəzər dənizinin Azərbaycana aid sektorunda fəaliyyəti, şəxsi heyət üçün yaradılmış şərait, təlim-tədris prosesi, eləcə də xidməti-döyüş fəaliyyətinin təşkili barədə ətraflı məlumat verilib.
Səfər çərçivəsində Pakistan nümayəndə heyəti, həmçinin HDQ-nin "N" hərbi hissəsində olub. Hərbi hissə ilə tanışlıqdan sonra qonaqlar dəniz xüsusi təyinatlılarının nümunəvi çıxışlarını izləyiblər.
Digər Xəbərlər
26 Iyun 2026 15:10
Bakıya güclü leysan yağacaq - Xəbərdarlıq
26 Iyun 2026 12:20
Bakıda hərbçilərin yürüşü keçirilib - YENİLƏNİB + FOTO/VİDEO
26 Iyun 2026 11:13
Zakir Həsənov Azərbaycan Ordusunu təbrik etdi
26 Iyun 2026 10:54
“Hərə öz məzhəbinin baxışını İslam adı ilə sırıyıb xalqı çaşbaş salır...”
26 Iyun 2026 10:27
AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə etdi - FOTOLAR
26 Iyun 2026 00:33
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi - FOTO
26 Iyun 2026 00:00
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 108 il ötür
25 Iyun 2026 23:30


Bakı -°C

