Hal-hazırda Azərbaycan xalqı efirdə müğənni görəndə əsəbiləşir. Oynayan müğənnini isə uzaq elə, parçalayarlar. Onlar heç olmasa efirdə oynayırlar. 3 aydı toy yoxdu, 3 ay!
Ağır dərddi.
Azərbaycan xalqı düz 3 aydı ki, 25 cür yeməyin üstündən 12 cür şirə içə bilmir.
Azərbaycan xalqı düz 3 aydı ki, "Ana" muğamına ağlayıb qəfil ildırım sürətilə gözləri yaşlı, burnu selikli "Yanıq Kərəm"ə oynamır.
Azərbaycan xalqı düz 3 aydı ki, toy eləyə bilmir ki, səhərsi "o nə süfrə idi, ay qız?" deyib qeybət eləsin.
Azərbaycan xalqı düz 3 aydı ki, ən yaxşı geyimini toya geyinib gözü götürməyənlərə acıq verə bilmir.
Azərbaycan xalqı düz 3 aydı ki, toyda mikrofonu əlinə alıb "mən nə danışa bilərəm ki?!" deyib 1 saatlıq çıxış eləmir.
Azərbaycan xalqı düz 3 aydı ki, 25 cür yeməkdən yeyib evə gələndə "heç nə tapmadım yeməyə, ac gəldim toydan" demir.
Azərbaycan xalqı düz 3 aydı ki, xərcə-borca girib varlı görünmək üçün bahalı şey-şüylərlə xonça bəzəmir.
Azərbaycan xalqı düz 3 aydı ki, restoran sahiblərinə borclu qalmır, girov qoymur.
Azərbaycan xalqı düz 3 aydı ki, 150 minlik maşınla gecəqondusuna gəlin gətirmir.
Azərbaycan xalqı düz 3 aydı ki, şairin, yazıçının kitabına 5-10 manat qıymayıb Manafa 10 min verib toyuna gətirə bilmir.
Azərbaycan xalqı düz 3 aydı ki, ayda 7-8 dəvətnamənin gəlməyinə, sonra bir-bir o toylara gedib ayın axırına kimi borcla yaşamağa həsrət qalıb.
Azərbaycan xalqı düz 3 aydı ki, "Allah hamının balasına toy qismət eləsin" deyib dərgahdan əliboş qayıdır.
Azərbaycan xalqı düz 3 aydı ki, bu vaxta qədər getdiyi toyların pulunu yığmaq istəyir, amma yığa bilmir. Günlərdir Paşinyan üstünə qoyub. Şuşanı paytaxt elədi, sonra dedi ki, Azərbaycan xalqı qorxaqdı.
Azərbaycan xalqı düz 3 aydı ki, rumkanı qaldırıb "o gün olsun, Qarabağda toy eləyək!" deyib hirsini çıxa bilmir...
Və nəhahət, Azərbaycan xalqı düz 3 aydı ki, təntənəli, çal-çağırlı toysuz ailə qura bilmir.
Dərdimiz dərd döyül e....