Azərbaycan yığması bu gün Millətlər Liqasında son oyununu keçirəcək
Futbol üzrə Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində sonuncu oyununu keçirəcək.
Adalet.az xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu kollektiv C Divizionunun 3-cü qrupunun VI turunda Qazaxıstan yığmasını qəbul edəcək. "Dalğa Arena"dakı qarşılaşma saat 20:00-da başlayacaq. Görüşün baş hakimi almaniyalı Harm Osmers olacaq.
Hazırda 13 xalı olan qonaqlar B Liqasına vəsiqəni təmin edib. Azərbaycan seçməsi isə 7 xalla 2-ci pillədə qərarlaşıb.
UEFA Millətlər Liqası
Qrup mərhələsi, VI tur
20:00. Azərbaycan - Qazaxıstan
Hakimlər: Harm Osmers, Robert Kempter, Dominik Şaal, Martin Petersen (Almaniya)
Bakı, "Dalğa Arena" stadionu
Xal durumu: Qazaxıstan - 13, Azərbaycan - 7, Slovakiya - 6, Belarus - 2
Qeyd edək ki, bu qrupun digər oyununda Belarus Slovakiyanın qonağı olacaq.
Digər Xəbərlər
17 Sentyabr 2026 11:24
Formula 1 gələn il Türkiyədə bu tarixdə baş tutacaq
17 Sentyabr 2026 09:11
Avropa Liqası: "Milan" "Benfika"ya uduzdu - VİDEO
16 Sentyabr 2026 17:30
“Kəpəz”dən azarkeşlərinə xəbərdarlıq
16 Sentyabr 2026 17:20
"Beşiktaş"da ciddi itki
16 Sentyabr 2026 16:45
Zubir: "Qurban Qurbanovla işlədiyim müddətdə çox şey öyrəndim"
16 Sentyabr 2026 16:18
Şahin Mustafayev yenə bu Federasiyanın prezidenti seçildi
16 Sentyabr 2026 15:47
"Arda Güler yeni Messidir, bütün planet görür" - VİDEO
16 Sentyabr 2026 13:10


Bakı -°C

