Azərbaycanda 9 nəfərdə "qarayara" aşkarlandı - BİRGƏ MƏLUMAT
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Samux rayonunda qeydə alınan qarayara hadisəsi ilə bağlı birgə məlumat yayıb.
Adalet.az xəbər verir ki, birgə məlumatda bildirilib ki, ilkin epidemioloji araşdırmalar zamanı xəstəliyə şübhəli bilinən şəxslərin iribuynuzlu heyvanlarla təmasda olduğu müəyyən edilib.
Xəstəliyə şübhəli bilinən ilk şəxsdən götürülmüş müayinə materialının laborator müayinəsi nəticəsində “qarayara” diaqnozu təsdiqlənib.
Hazırda xəstə şəxslərlə təmasda olanlar müəyyənləşdirilib və tibbi müşahidəyə cəlb olunublar. Dəri yaraları olan şəxslərdən laborator müayinələrin aparılması məqsədilə nümunələr götürülüb.
Xəstə heyvanla təmasda olmuş 9 nəfər müəyyən edilərək Abbas Səhhət adına Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Yoluxucu Xəstəliklər şöbəsində izolyasiya olunub. Onların əsasən Samux rayon sakinləri olduğu bildirilir. Həmin şəxslərdən laborator müayinə üçün nümunələr götürülərək Şəmkir Regional Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilib.
Məlumata görə, qarayaranın törədicisi torpaq mənşəlidir və xəstəliyə dünyanın müxtəlif yerlərində rast gəlinir. Qarayara əsasən xəstə və ya tələf olmuş heyvanlarla, həmçinin onların yoluxmuş toxumaları və məhsulları ilə təmas nəticəsində insana keçən zoonoz xəstəlikdir.
Xəstəliyin insandan-insana ötürülməsi olduqca nadir hallarda baş verir. Xəstə heyvanın termiki emal olunmuş ətinin və ondan hazırlanmış qidaların istehlakı isə qarayaraya yoluxmaya səbəb olmur.
Hazırda hadisə ilə bağlı vəziyyət aidiyyəti qurumların nəzarətindədir və zəruri epidemioloji tədbirlər həyata keçirilir. Bildirilib ki, əhali arasında xəstəliyin yayılması müşahidə olunmur və vətəndaşların narahatlığına əsas yoxdur.
Vətəndaşlara xəstə və ya tələf olmuş heyvanlarla, eləcə də şübhəli heyvan mənşəli məhsullarla təmasdan çəkinmək, xəstəliyə şübhə yaradan əlamətlər müşahidə etdikdə isə vaxtında tibb müəssisəsinə müraciət etmək tövsiyə olunur.
Digər Xəbərlər
21 Sentyabr 2026 07:23
Kartof və makaron yeyənlərin nəzərinə: Təhlükəlidir
18 Sentyabr 2026 15:56
Bakıda 12 gün reanimasiyada qalan körpə xilas edildi
17 Sentyabr 2026 17:36
Xocavənddə təcili tibbi yardım bölməsi istifadəyə verilib
16 Sentyabr 2026 15:54
"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış
15 Sentyabr 2026 10:39
Uşağınız dərsə həvəsli deyil? – Psixoterapevtdən valideynlərə VACİB TÖVSİYƏ
15 Sentyabr 2026 10:38
Uşağınızı başqaları ilə müqayisə edirsiniz? – Psixoterapevtdən valideynlərə XƏBƏRDARLIQ
14 Sentyabr 2026 09:22
Bədəndə çoxlu xalınız varsa, buna diqqət edin
13 Sentyabr 2026 17:02


Bakı -°C

